Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:07

«Azərbaycan ordusu gecə hücuma keçir»- [Yeni kadrlar]


-

Aprel qarşıdurması zamanı Azərbaycan əsgərlərinin gecə vaxtı necə hücuma keçdiyini göstərdiyi deyilən kadrlar Youtube-a yerləşdirilib.

Videonu erməni əsgərlərinin müşahidə kamerası ilə çəkdiyi bildirilir.

*74 min istifadəçi Youtube Kanalımıza abunədir və hər gün yeni videoları izləyir. Sən də abunə ol, ölkədəki hadisələrdən xəbərin olsun

Videoda onlar Azərbaycan əsgərlərini diqqətlə müşahidə edir və rəhbərliklə əlaqə saxlayıb kömək istəyirlər.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan iyunun 14-də naməlum şəxslərin İnternetdə paylaşdığı həmin videoyazı ilə bağlı şərh verməyib. (Ardı aşağıda)

Hovannisyan bu videonun yayılmasını pisləyib: "Bu video birmənalı olaraq yayılmamalı idi, bu, başqa müstəvidə, başqa yerdə araşdırılmalı olan məsələdir. Düzünü desək, bütün dünyada belə məlumatları yayanları mühakimə edirlər."

Videonun nə dərəcədə həqiqi olduğu təsdiqlənməyib, onu yayanlar da məlum deyil. Ancaq Hovannisyan bu video ilə bağlı sualların onu yayanlara və Qarabağ ordusuna ünvanlanmalı olduğunu deyib.

Qarabağı nəzarətdə saxlayan ermə rejiminin "silahlı qüvvələrinin mətbuat katibi" Senor Asatryansa AzadlıqRadiosuna deyib ki, bu videonu ümumiyyətlə görməyib. O əlavə edib ki, aprel müharibəsi zamanı Qarabağ ordusunun şəxsi heyəti öz vəzifələrini əla yerinə yetirib.

Azərbaycan tərəfi hələ ki videoya reaksiya verməyib.

XS
SM
MD
LG