Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:47

AŞPA təcili qaydada Laçın dəhlizindəki vəziyyəti müzakirə edəcək


AŞPA-nın iclas zalı
AŞPA-nın iclas zalı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 22-də keçiriləcək plenar iclasında Laçın dəhlizi ilə maneəsiz və təhlükəsiz keçidin təmin edilməsi məsələsi müzakirə olunacaq.

AŞPA bundan əvvəl bu məsələnin müzakirəsi üçün qətnamə qəbul etmişdi.

Həmin qətnamənin leyhinə 73, əleyhinə 15 nümayəndə səs verib.

Beləliklə iyunun 22-də AŞPA-nın Laçın dəhlizindəki vəziyyətlə bağlı hesabatı dinlənəcək və bunun ətrafında müzakirələr aparılacaq.

Azərbaycan Laçın dəhlizinin Ermənistan ərazisinə keçən hissəsində sərhəd yoxlama-buraxılış məntəqəsi qurub.

Xankəndidə həyəcan: "Qarabağda dərman və bəzi ərzaqlar bir neçə günə bitəcək"
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Həkəri postu

Ermənistan tərəfi buna etiraz edir və bu “qanunsuz postun” 10 noyabr 2020-ci ilə üçtərəfli bəyanatına zidd olduğunu bildirir.

Azərbaycan isə israr edir ki, o suveren və müstəqil dövlət kimi öz sərhədində yoxlama-buraxılış məntəqəsi qura bilər.

Azərbaycan rəsmiləri bunu da qeyd edirlər ki, Qarabağın erməni əhalisi bu postdan istifadə edə bilər və humanitar yüklərin bu dəhlizlə daşınmasına heç bir maneə törədilmir.

Bakı bildirir ki, post Laçın dəhlizi ilə Qarabağa silah və başqa qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədilə qurulub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Azərbaycan tərəfi iyunun 15-də Həkəri çayı üzərindəki postda yolu tamamilə bağlayıb.

Bundan əvvəl sərhəddə baş vermiş atışmada bir Azərbaycan sərhədçisi yaralanmışdı.

Xankəndidə Azərbaycan polisi necə işləyəcək? MÜZAKİRƏ #Izahla
Gözlə

No media source currently available

0:00 0:38:49 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG