Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:25

AŞPA da Qarabağla bağlı Bakını qane edən məruzə qəbul edilib


Stratfor araşdırmalar mərkəzinin xəritələrindən biri.
Stratfor araşdırmalar mərkəzinin xəritələrindən biri.

.

AŞPA-nın Siyasi Komitəsinin noyabrın 4-də keçirilən iclasında “İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması” ilə bağlı məruzə qəbul olunub. Sənədi Siyasi Komitənin britaniyalı məruzəçisi Robert Walter hazırlayıb.

İclasda Azərbaycanı təmsil edən millət vəkili Səməd Seyidov ümumilikdə bu məruzəni yüksək qiymətləndirib. O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, müzakirə zamanı sənədə 3 əlavə təklif edi:

Gözlə

No media source currently available

0:00 0:06:18 0:00
Direct-ə keçid

Səməd Seyidov
Səməd Seyidov

“Bu əlavələr də məruzəyə daxil edildi. Əlavələrdən biri Dağlıq Qarabağda qeyri-qanuni saxlanılan 2 Azərbaycan vətəndaşının taleyinin müzakirəsi və onların dərhal azadlığa buraxılması barədə idi.

Bu məruzənin bənd-bənd müzakirəsi və qəbul olunması regionda obyektivliyin, qanunun aliliyinin bərqərar olmasına yardım edəcək.

Azərbaycan torpaqlarının işğalı, Azərbaycan xalqına qarşı etnik təmizləmələrin aparılması, Avropa Məhkəməsinin Çıraqov işi ilə bağlı qərarının bu məruzədə əks olunması bir daha sübut edir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsuliyyət daşıyır”.

Buna da bax: "Ermənistanın müharibədə iştirakı sübut edildi"

İclasda iştirak edən erməni tərəfi məruzənin Komitənin iclasının gündəliyindən çıxarılması məsələsini qaldırıb. Amma bu təklif qəbul olunmayıb.

Sənəd komitədə qəbul edilib məruzə AŞPA-nın yanvar sessiyasında müzakirə olunacaq.

XS
SM
MD
LG