Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:50

ATƏT-in bürosu Əfqan Muxtarlı ilə bağlı bəyanat verdi


Michael Georg Link
Michael Georg Link

ATƏT-in demokratik təsisatlar və insan haqları bürosunun direktoru Michael Georg Link azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Əfqan Muxtarlının oğurlanması və həbsdə onunla amansız davranma ilə bağlı məlumatlardan dərin narahatlıq bildirib.

Təşkilatın yunun 8-də yaydığı bəyantda deyilir ki,Əfqan Muxtarlı ilə amansız davranış və onun Azərbaycana qaytarılması məsələsi hərtərəfli araşdırılmalıdır.

Michael Georg Link bildirir ki, bu məsələdə hüquq-mühavizə orqanları əməkdaşları tərəfindən hakimiyyətdən istənilən sui-istifadə halları və cinayət əmməlləri araşdırılmalı, bu cür hərəkətlərə görə cavabdehlik daşıyanlar qanun qarşısında cavab verməlidirlər.

Buna da bax: Xanımı: 'Əfqan Muxtarlının məsələsi Gürcüstan cəmiyyətindən asılıdır'

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Həmin qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Gürcüstan baş naziri və daxili işlər naziri isə yerli ictimaiyyəti bu məsələ ilə bağlı istintaqın nəticələrini gözləməyə səsləyib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

XS
SM
MD
LG