Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:02

Avropada qaz sürətlə bahalanır


Arxiv fotosu
Arxiv fotosu

Almaniyanın “Gascade” qaz şəbəkəsi operatoru bildirib ki, Şimal axını 1 kəməriylə qaz axını bu gün səhər ümumi gücünün 20 faizi həcminə düşüb

Bu gün – iyulun 27-də Avropada qazın qiymətində sıçrayış davam edib. Buna Rusiyanın regiona qaz tədarükünü daha da kəsməklə bağlı səsləndirdiyi təhdid səbəb olub.

Həftəyə 30 faiz bahalanma

Çərşənbə günü qazın qiyməti 12 faiz qalxıb. Bu həftə isə qaz ümumilikdə 30 faizdən çox bahalanıb. “Financial Times” Avropanın qış gəlməmiş qaz anbarlarını doldurmağa çalışdığını yazır.

Almaniyanın “Gascade” qaz şəbəkəsi operatoru bildirib ki, Şimal axını 1 kəməriylə qaz axını bu gün səhər ümumi gücünün 20 faizi həcminə düşüb.

Rusiya qazını Almaniyaya nəql edən bu kəmər iyunda gücünün 40 faizi həcmində işləyirdi. Avropa siyasətçiləri isə Rusiyanı qazdan silah kimi istifadədə suçlayır. Rusiyanın Ukraynaya hücuma görə üzləşdiyi Qərbin sanksiyalarına bu cür cavab verdiyi deyilir.

Rusiya isə Şimal axını 1 ilə qaz təchizatının azalmasını turbinlərdə problemlərlə izah edir, Qərbin sanksiyalarının problemi dərinləşdirdiyini deyir. Ancaq ölkənin əsas qaz ixracı monopolisti Gazprom yaranan boşluğu alternativ marşrutlarla kompensasiya etmir.

Aİ-nin təklifi

Aİ Rusiya qazından asılılığı azaltmağa çalışır Bu həftə üzv ölkələrə qaz istehlakını könüllü azaltmaq təklif olunub. Onlara deyilib ki, qış öncəsi qaz saxlanclarının doldurulmasına kömək məqsədilə istehlakı 15 faiz azaltsınlar.

Fövqəladə hallarda bu ixtisar məcburi ola bilər. Brüssel ilkin olaraq hər bir üzv ölkə üçün 15 faiz məcburi qənaət təklif edirdi.

Çex Respublikasının Sənaye və Ticarət naziri Jozef Sikela toplantının nəticəsini Avropa həmrəyliyinin modeli adlandırıb.

A-Live: Avropaya qaz satışı Azərbaycan vətəndaşlarını qazsız qoya bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

İtaliyanın Eni şirkətin bildirir ki, Gazprom ona çərşənbə günü 27 milyon kubmetr qaz verəcəyini deyib. Bu, son günlərdə alınan 34 milyondan 20 faiz azdır.

İtaliya son aylar Rusiya qazından asılılığı azaldır. Əvvəl ümumi qaz idxalının 40 faizi Rusiyadan gəlirdisə, indi bu göstərici 25 faizə düşüb. Əlcəzairdən idxal isə artırılır.

XS
SM
MD
LG