Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:03

AŞPA Azərbaycana yox, Azərbaycan AŞPA-ya təsir edir


-
“Avropa Şurasının insan haqlarınının müdafiəçisi kimi rolu sual altına qoyulur. Avropa Şurasının Azərbaycanı dəyişməsi əvəzinə, Azərbaycan Avropa Şurasını dəyişir”.

Bu fikri öz çıxışında Avropa Sabitliyi Təşəbbüsü (ESİ) təşkilatının sədri Gerald Knaus səsləndirib.

Mayın 13-də Osloda keçirilən "Beynəlxalq təşkilatları avtoritar ölkələrin sui-istifadəsindən necə qorumalı" dəyirmi masasında çıxış edən Knausun sözlərinə görə, Azərbaycan sistematik olaraq hədiyyələr və rüşvətlə AŞPA üzvlərinə elə təsir etdi ki, 2013-cü ildə AŞPA bu ölkədə siyasi məhbuslar haqda hesabatı rədd etdi, sonra isə pozuntularla keçirilən president seçkiləri haqda müsbət bəyanat yaydı.

Knaus deyir ki, Avropa Şurasında sədrlik postuna keçən Azərbaycan bir tərəfdən gənclərə yönələn proqram, hüquq və qanunlar, insan haqları ilə bağlı tədris kursları təqdim edir, digər tərəfdən isə NİDA siyasi hərəkatının 8 fəalını 6 ildən 8 ilə qədər azadliqdan məhrum edir.

Natiq xatırladtı ki, tezliklə Avropa Şurasının yeni Baş katibi seçilir və təklif etdi ki, bu vəzifəyə namizəd olan siyasətçilərin seçilməsi zamanı onların Avropa Şurasının təmiz adının geri qaytarılması istiqamətində hansı addımlar atacığı diqqətə alınsın.

Norveç Beynəlxalq Helsinki Komitəsinin təşəbbüsü ilə keçirilən toplantıda Avropa Parlamentlərarası Şurasının, İnterpolun və sair Avropa quurmlarının avtoritar ölkələrlə münasibəti müzakirə olnurdu.

Diskussiyalarda Rusiyanın məşhur Pussy Riot pank-rok qrupunun üzvləri Nadezhda Tolokonnikova və Maria Alyokhina, Magnytskiyə ədalət kampaniyasının təşəbbüskarı, vaxtilə Sergei Magnytskinin işlədiyi Hermitage Capital Management şirkətinin rəhbəri William Browder, hüquq müdafiəçiləri və ictimai fəallar iştirak edirdi.
XS
SM
MD
LG