Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:11

''İkarus'un təkərləri altında qalacaqdıq'


Foto illüstrasiya.
Foto illüstrasiya.

Fevralın 2-də Göyçaydan Bakıya gələn 66 yaşlı Səbihə Həsənova ayağını elə avtobusdan yerə qoyan kimi sürüşüb yıxılıb. Bakı Beynəlxalq Avtovağzalı qonağa beləcə «xoş gəldin» edib. Səbihə xanımın oğlu Aslan Həsənov AzadlıqRadiosuna danışıb ki, həmin anda anasının yanında olmasaydı, ailələri əməllicə faciə yaşayacaqdı: «Anam yıxıldı, qaldırdım, yazığı inildəyə-inildəyə avtovağzalın içərisinə aparmaq istəyirdim ki, bir də sürüşdü, ikimiz də yıxıldıq. Çevik tərpənməsəydim, ətrafdakı iki oğlan da həmin anda bizə kömək etməsəydi, qarşıdan gələn «İkarus»un təkərləri altında qalacaqdıq».

«DEDİLƏR, ŞİKAYƏTİNİ KASSİRLƏRƏ BİLDİR»

Aslan Həsənov şikayətini bildirməyə avtovağzal rəhbərliyini arayıb, ancaq ona deyilib ki, nə sözü varsa, kassirlərə desin, onlar da qurum sahibinə çatdıracaq: «Dedim, «şikayət kitabını gətirin, yazım», dedilər, «o, nə olan şeydir?». Qar əriyib, palçığa qarışıb, palçıqlı qar topuqdan yuxarı çıxıb. Adamlar yıxılır, durur, söyür, qarğıyır...».

Belə durumda avtovağzal ərazisində təcili yardım briqadalarının olmaması yıxılanların durumunu daha da ağırlaşdırır. Aslan Həsənov anasını taksi ilə Travmatologiya Xəstəxanasına götürüb. Rentgen nəticəsində bəlli olub ki, qolu çıxıb, sümüyündə çatlar yaranıb. Elə o vəziyyətdə də başqa maşınla Göyçaya – evinə qayıdıb. Söz verib ki, bundan sonra Bakıya elə maşınla gələcək ki, avtovağzalı görməsin.

Bakı qarında sürüşüb yıxılanlar- [video]
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

SAHİBLİ «SAHİBSİZ» MƏKAN...

AzadlıqRadiosunun əməkdaşı iki gün ərzində Bakı Beynəlxalq Avtovağzalının sahibi olan «Bakı XXI əsr» şirkəti ilə əlaqə yarada bilməyib.

AzadlıqRadiosunun «Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı» başlıqlı araşdırmasında qeyd olunur ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksini tikən şirkət (ZIQAN Construction) nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsusdur. Kompleksi idarə edən şirkətin isə (Bakı XXI Əsr) təsisçisi onun əmisi deputat Elton Məmmədovdur. Nəqliyyat naziri Ziya Məmmədov isə bu beynəlxalq avtovağzala lisenziya verib.

Təkcə fevralın 2-də paytaxt ərazisində sürüşmə nəticəsində 35 nəfərin xəsarət aldığı, 1 nəfərin öldüyü bildirilir.

XS
SM
MD
LG