Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:04

Azərbaycan hakimiyyəti AzadlıqRadiosuna qarşı

AzadliqRadiosunun Bakıdakı əməkdaşları hələ də Azərbaycan hakimiyyətinin təzyiqi altındadırlar. Keçən ilin dekabrında Bakı bürosunda zorakı axtarış və ofisin möhürlənməsindən sonra əməkdaşlar zorakılıqla istintaqa çəkilib, radioya qarşı gah casusluq, gah çirkli pul yumaq, gah da əməkdaşların hüququnun pozulması haqda əsassız iddialar səslənib. AzadlıqRadiosu əməkdaşlarına təzyiqi işıqlandırdığı mövzulara görə Azərbaycan hakimiyyətinin qisas cəhdi adlandırıb. Bundan əvvəl Azərbaycan məmurlarının gizli biznes fəaliyyətini araşdıran AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinin arxasında da eyni səbəblərin durduğu bildirilmişdi.

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

17:31 29.12.2014

AzadlıqRadiosuna dəstək aksiyası

Qırğız insan haqları fəalı Bişkekdə Azadlıq Radiosunun Azərbaycan xidmətinə dəstək nümayişi keçirir.

Tanınmış insan haqları fəalı Ondurmusjh Tokhtonasyrov Azərbaycan səfirliyinin qarşısına “Azadlıq! Biz səninləyik”, “İsmayılovaya azadlıq!” şüarları ilə çıxıb və Azərbaycan hakimiyyətini başqa ölkələrə pis nümunə verməməyə çağırır.

İnsan haqları fəalı Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı zorakılıqda və söz azadlığını pozmaqda ittiham edir.

16:04 29.12.2014

AzadlıqRadiosu əməkdaşları yenidən istintaqa çağrılır

Dekabrın 29-da AzadlıqRadiosunun jurnalistləri və texniki heyətinin yenidən dindirilməsinə başlanıb. Bu saata qədər artıq 3-4 əməkdaşın ifadəsi alınıb, birinin ifadəsi hələ davam edir.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsinin müstəntiqləri AzadlıqRadiosunun əməkdaşlarına və ştatdan kənar işçilərinə ifadə vermək üçün idarəyə çağırıb və və hazırda ifadələri alınır.

AzadlıqRadiosunun vəkili Yalçın İmanov Baş Prokurorun 1-ci müavini Rüstəm Usubovun əmri ilə özü prosesə şahid qismində cəlb edildiyindən faktiki olaraq AzadlıqRadiosunun bir çox əməkdaşlarının ifadələri hüquqşünasların iştirakı olmadan alınır.

Davamı

XS
SM
MD
LG