Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:00

AzadlıqRadiosu Xədicə İsmayılovaya görə məyusdur


AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic deyib ki, azad edilənlərin arasında Xədicə İsmayılova da olmalı idi

AzadlıqRadiosu Azərbaycan xidmətinin aparıcı müxbiri, təhqiqat jurnalisti Xədicə İsmayılovanın başqa siyasi məhbuslarla birlikdə azadlığa buraxılmamasından məyusluğunu ifadə edib.

Nenad Pejic
Nenad Pejic

"Biz ifadə və sərbəst toplaşma azadlığı kimi təməl hüquqlarından istifadə etdiklərinə görə məhbus edildikdən sonra azadlığa buraxılmış jurnalistlərə, insan haqları müdafiəçilərinə və fəallara görə hədsiz sevinc hissi keçiririk, lakin Xədicə də onların arasında olmalı idi” – deyib AzadlıqRadiosunun baş redaktoru Nenad Pejic.

2015-ci il sentyabrın 1-də Bakı məhkəməsi İsmayılovanı 7 il yarım müddətinə azadlıqdan məhrum edib.

Biz azadlığa buraxılmış jurnalistlərə, insan haqları müdafiəçilərinə və fəallara görə hədsiz sevinc hissi keçiririk, lakin Xədicə də onların arasında olmalı idi

İnsan haqları qrupları ona qarşı irəli sürülmüş ittihamları jurnalistin prezident İlham Əliyevin ailə üzvləri arasında korrupsiyanı ifşa etdiyinə görə qisas kimi qiymətləndirir.

AzadlıqRadiosuna bu günlərdə göndərdiyi məktubda beynəlxalq insan haqları vəkili Amal Clooney yazır ki, bu iş üzrə İsmayılovanın ifadə azadlığı hüququnun məhdudlaşdlırılması məqsədilə siyasi motivli hökm çıxarılıb. Xanım Clooney İsmayılovanı Avropa İnsan Haqları Məhkəməsində müdafiə edəcək.

“Burda söhbət Xədicə və hakim rejimin başqa tənqidçilərinin səslərini boğmaq üçün öz hakimiyyətindən sui-istifadə edən hökumətdən gedir” – yazıb Clooney.

Xədicə İsmayılova indiyədək çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb.

Bunların arasında PEN Amerika Mərkəzinin 2015-ci il üçün Barbara Goldsmith Yazmaq Azadlığı, ABŞ Milli Mətbuat Klubunun John Aubuchon Mətbuat Azadlığı və 2013-cü il üçün Golden Shining Light mükafatları da var.

Məhbusların ailə üzvləri və insan haqları təşkilatları əfvi alqışlasalar da, Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsinə çağırıblar.

XS
SM
MD
LG