Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:10

AzadlıqRadiosu-nun prezidenti jurnalistlərə ‘sistematik təzyiq’i pisləyir


Andrey Novaşov
Andrey Novaşov

AzadlıqRadiosu-nun onlayn layihəsi Siberia.Realities üçün işləmiş müxbir Novaşov naməlum ittihamlarla saxlanıb

Sibirin Kemerovo şəhərində məhkəmə jurnalist Andrey Novaşov barəsində qətimkan məhdudiyyətləri tətbiq edib. O, başqa bir jurnalistin məqaləsini yenidən yaymaqla Rusiya silahlı qüvvələri barəsində “saxta informasiya” yaymaqda ittiham olunur.

Vəkil Mariya Yankinanın AzadlıqRadiosu-na dediyinə görə, jurnalist istintaq getdiyi müddətdə internetdən istifadə edə, telefonla zəng edə, ictimai tədbirlərə qatıla bilməz.

Rusiyalı jurnalist Svetlana Prokopyeva isə ölkəsini tərk edərək Latviyaya gedib. O, martın 22-də Facebook-da yazıb ki, Pskov şəhərindən çıxıb, hazırda Riqadadır.

“Mənim ağzımı yummağın yolu yoxdur. Qayıdacağam. Mümkün qədər tez”, – yazan Prokopyeva Rusiyanı tərk etməyin ondan ötrü çox çətin qərar olduğunu qeyd edib.

***

AzadAvropa/AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay (Jamie Fly) Rusiyada radio üçün işləyən jurnalistlərə hüquq müstəvidə hücumları pisləyib. O, “sistematik təzyiq”in xəbər təşkilatının ölkədəki hadisələri işıqlandırmasının qarşısını ala bilməyəcəyini vurğulayıb.

Rusiya xalqının həqiqətə daha çox ehtiyacı olduğu məqamda...

“Kremlin Yulia Paramonova, Andrey Novaşov və Svetlana Prokopyevaya qarşı AzadlıqRadiosu üçün jurnalist kimi fəaliyyətlərinə görə sistematik qısnaması təəssüf doğurur”, – Flay martın 22-də bəyanatında deyib.

“Bizim Rusiya xalqının daha çox ehtiyacı olduğu məqamda onu həqiqətlə təmin etməyimizin qarşısını ala bilməzlər”, – o vurğulayıb.

Son dörd gün ərzində Kreml müstəqil media orqanlarına təzyiqi gücləndirir. AzadlıqRadiosu üçün əvvəl, yaxud indi çalışan üç jurnalist ya saxlanıb, ya da evlərində axtarış aparılıb.

Paramonova Kalininqrad şəhərində radionun North.Realities onlayn layihəsi üçün işləyən frilans jurnalist olub. O, onlayn məqalələrinə görə martın 21-də prokurorluğa çağrılıb.

Rusiyadan göndərilən pul kəsilir, kasıblıq arta bilərmi?
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

“Xarici agent”

Paramonova radioya deyib ki, ona ekstremizm işilə əlaqədar suallar verilib, amma işin detallarını açıqlamayıblar. Ona çalışdığı media orqanının “xarici agentlər” siyahısına salındığını deyiblər.

Rusiya xarici agentlər qanunu vasitəsilə ölkədə AzadlıqRadiosu-nun fəaliyyətini pozmağa çalışıb. Bu qanun media orqanlarından tələb edir ki, özlərinin “xarici agent” olduqlarını yazılı materiallarda iri şriftli uzun bildiriş, radiomateriallarda audio bəyanat, video materiallarda mətnlə qeyd etsinlər.

AzadAvropa/AzadlıqRadiosu bu qaydaya əməl etməkdən, yaxud yığılan milyonlarla dollar cəriməni ödəməkdən imtina edib, “xarici agent” damğasını rədd edib, bunun dövlətin düşməni anlamına gəldiyini bildirib.

“Məncə, onlar ‘milli satqınlar’, xalqın düşmənlərinin siyahısını hazırlayırlar. Vəkilimlə mən də həmin siyahıdayıq”, – Paramonova söyləyib.

Zelenski: Putinin hədəfi təkcə biz yox, Avropadır
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Saxlananlar, evləri axtarılanlar

Bir neçə media orqanının martın 21-də bildirdiyinə görə, AzadlıqRadiosu-nun digər onlayn layihəsi Siberia.Realities üçün işləmiş müxbir Novaşov naməlum ittihamlarla saxlanıb. Onun Sibirin Kemerovo şəhərində yerləşən evində axtarış aparıldıqdan sonra saxlanıb.

Şimal-qərbi Pskov şəhərində isə polis bir neçə siyasətçinin, fəal və jurnalistin evində axtarış aparıb. AzadlıqRadiosu-nun Rusiya xidməti ilə əməkdaşlıq edən Svetlana Prokopyeva da onların sırasındadır.

Müxalifətdə olan Yabloko partiyası martın 18-də bildirib ki, polis partiyanın regional şöbəsi Lev Şlosberqin, partiya üzvü Nikolay Kuzmin və onun valideynlərinin, Prokopyevanın, “Pskovskaya Guberniya” qəzetinin baş redaktoru Denis Kamalyaginin, fəal Yekaterina Novikovanın evlərində axtarış aparıb.

XS
SM
MD
LG