Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:48
Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Şuşa ətrafında mövqelərinin vurulduğunu deyir

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gərginlik və atışmalar müşahidə olunur. Bütün atəşkəs pozuntusunda tərəflər bir-birini ittiham edir. Ermənistan iddia edir ki, Azərbaycanı sərhədlərini pozub müəyyən ərazilərini tutub. Azərbaycan isə öz növbəsində bildirir ki, sadəcə, 30 il ərzində işğal altında olan ərazilərinə qayıtmaqla Ermənistan sərhədinə çıxıb.

Snayperin erməni hərbçini vurduğu bildirilir

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanı sərhədin Naxçıvan istiqamətində növbəti provokasiyada ittiham edir.

Qurumun bildirməsinə görə, bu gün səhər snayper atəşindən N saylı hərbi hissədən Vaan Tatosyan həlak olub. Qarşı tərəfin cavab atəşi ilə susdurulduğu bildirilir.

Azərbaycan təkzib edir

Azərbaycan Müdafiə Nazirliyi (MN) bu gün, avqustun 16-da günorta saatlarında cəbhədəki vəziyyətlə bağlı növbəti açıqlama yayıb.

Orada isə qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan ordusunun bölmələrinin atəş açması nəticəsində Ermənistan hərbi qulluqçusunun həlak olması barədə qarşı tərəfinin yaydığı məlumat dezinformasiyasıdır: "Saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir".

MN-dən Qaragöl açıqlaması

Azərbaycan Müdafiə Nazirliyi (MN) bu gün, avqustun 16-da Ermənistanın açıqlamasına münasibət bildirib. Orada qeyd edilir ki, Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçisinin həlak olması barədə yayılan məlumat yalandır: "Qarşı tərəf bu kimi yalan məlumatlarla törədə biləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir".

Azərbaycan yenə Naxçıvanın vurulduğunu deyir

Azərbaycan yenə Naxçıvan istiqamətində mövqelərinin vurulduğunu deyir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 16-da səhər saatlarında məlumat yayıb.

Məlumata görə, avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutmağa başlayıb.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bu məlumata, hələlik, Ermənistanın münasibəti bəlli deyil.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Sədərək sakinləri atışmalar barədə AzadlıqRadiosuna danışırlar
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Davamı

XS
SM
MD
LG