Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:29
Ermənistan-Azərbaycan sərhədi
Ermənistan-Azərbaycan sərhədi

Azərbaycan Şuşa ətrafında mövqelərinin vurulduğunu deyir

Son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gərginlik və atışmalar müşahidə olunur. Bütün atəşkəs pozuntusunda tərəflər bir-birini ittiham edir. Ermənistan iddia edir ki, Azərbaycanı sərhədlərini pozub müəyyən ərazilərini tutub. Azərbaycan isə öz növbəsində bildirir ki, sadəcə, 30 il ərzində işğal altında olan ərazilərinə qayıtmaqla Ermənistan sərhədinə çıxıb.

Z.Həsənov
Z.Həsənov

Müdafiə naziri xidməti müşavirə keçirib

Avqustun 2-də Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri cəlb olunub.

"Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib",-məlumatda bildirilir.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Azərbaycan dörd rayonun atəşə tutulduğunu deyir

Azərbaycan Gədəbəy, Sədərək, Kəlbəcər və Daşkəsən istiqamətində mövqelərinin vurulduğunu açıqlayıb.

Bu barədə bu gün, avqustun 5-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüvvələri müxtəlif mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka, Qalakənd, Kəlbəcər rayonunun İstisu, Yellicə və Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub: "Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Azərbaycan yenə sərhəddə mövqelərinin vurulduğunu deyir

Azərbaycan Ermənistan ərazisindən yenə mövqelərinin vurulduğunu bildirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi avqustun 6-da məlumat yayıb.

Məlumatda qeyd edilir ki, avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələri müxtəlif mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub: "Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur".

Açıqlamada habelə qeyd edilir ki, qarşı tərəfə cavab verilib.

Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.

Müdafiə naziri Kəlbəcərdə

Müdafiə naziri Zakir Həsənov Kəlbəcərdə növbə çəkən şəxsi heyətlə görüşüb. Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi avqustun 6-da yayıb.

Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbəüz mövqelərdə 3000 metr yüksəklikdə növbə çəkən şəxsi heyətlə görüşən nazir müdafiənin dayanıqlığı, hərbi qulluqçuların hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin mövqelərini izləyib: "Görüşdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb".

Kəlbəcər rayonu Ermənistanla sərhəddə yerləşir və ötən il 44 günlük İkinci Qarabağ müharibəsindən sonra razılaşma əsasında azad edilib. Bu rayon 1993-cü ildə işğal edilmişdi.

Davamı

XS
SM
MD
LG