Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:06

Azərbaycan Olimpiya oyunlarında ilk medalını qazanıb 


Tokio Olimpia Oyunlarında Azərbaycan komandası
Tokio Olimpia Oyunlarında Azərbaycan komandası

İyulun 30-da Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında bu ölkənin komandandasına ilk medalı qazandırıb. 

78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən İrina Kindzerska bürünc medal uğrunda görüşdə çinli Şiyan Ksu ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən İrina Kindzerska “Tokio-2020”də Azərbaycanın aktivinə ilk medalı yazdırıb

Əvvəlcə Larisa Tseriç (Bosniya və Herseqovina) və Mijin Hana (Koreya Respublikası) qalib gələn İrina Kindzerska yarımfinalda isə yaponiyalı Akira Soneyə uduzmuşdu.

"Tokio-2020" Yay Olimpiya Oyunları rəsmi olaraq iyulun 23-də başlayıb.

Azərbaycan milli komandası “Tokio-2020”də ümumilikdə 44 idmançı ilə təmsil olunurdu. Onların bir çoxu artıq mübarizədən kənarlaşıb. Olimpiada avqustun 8-dək davam edəcək.

"Tokio-2020" Yay Olimpiya Oyunları adından da göründüyü kimi 2020-ci ildə keçirilməliydi.Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.

Xatırlatma

Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Onun Olimpiya komandası, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Bu ölkənin Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

XS
SM
MD
LG