Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:20

Azərbaycanda koronavirusa yoluxan daha iki nəfər vəfat edib


İspaniya, arxiv foto
İspaniya, arxiv foto

"Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxan iki şəxs vəfat edib".
Bu barədə məlumat bu gün, aprelin 5-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah-ın növbəti açıqlamasında yer alıb.

Məlumatda bildirilib ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

"Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür".

Bu açıqlamaya qədər Nazirlər Kabineti yanında Operativ qərargah vurğulamışdı ki, Azərbaycanda ümumilikdə 584 şəxs koronavirus infeksiyasına yoluxub. Onlardan 32 nəfərin müalicə olunaraq sağaldığı, 5 nəfərin isə vəfat etdiyi bildirdi. Bununla da bu virusa yoluxanlardan ölənlərin sayı 7-ə çatıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 65 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.
Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.
Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.Bu gün, aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa biləcək. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

XS
SM
MD
LG