Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:35

Azərbaycan ümumdaxili məhsulun artımına görə qonşularından geri qalır


Asiya İnkişaf Bankı
Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankı 2017-ci ildə Azərbaycanda ÜDM-nin 1,3% azalacağını proqnozlaşdırır. Bundan əvvəl üçün nəzərdə tutulan rəqəm 1,1 faiz idi.

Bu barədə bankın saytında dərc edilmiş “Asiya inkişaf proqnozu” (Asian Development Outlook 2017) icmalında qeyd edilir.

Amma icmalda ilin sonunadək vəziyyətin dəyişəcəyi və 1,2 faiz artım olacağı proqnozlaşdırılır.

2018-ci ildə isə bunun 1 faizə düşəcəyi gözlənilir.

Bankın proqnozlarına əsasən, 2017-ci ildə Azərbaycanda inflyasiya 9%, 2018-ci ildə isə 8% olacaq.

Amma son açıqlamada 2018-ci ildə infilyasiyanın 10 faizə qalxacağı proqnozlaşdırılır.

Azərbaycanın qonşuları Ermənistanda ümumdaxili məhsulun 2017-ci ildə 2,5 %, 2018-ci ildə isə 3 % olacağı proqnozlaşdırılır.

Gürcüstanda isə vəziyyət daha yaxşıdır-2017-2018-ci illərdə bu ölkədə 4,5 % artım gözlənilir.

Ümumilikdə inkişaf edən Asiya ölkələrində 2017-ci ildə 5,9, 2018-ci ildə isə 5,8 faiz artım proqnozlaşdırılır ki, bu əvvəlki göstəricilərlə müqaisədə bir qədər yaxşıdır.

Artıma səbəb kimi dünya ticarətinin dircəlişi və Çindəki güclü iqtisadi stimul göstərilir.

Hesabatda həmçinin infilyasiyanın 2017-ci ildə ümumilikdə 2,4 faizə düşəcəyi, 2018-ci ildə isə 2,9 faiz olacağı proqnozlaşdırılır.

Buna da bax: Azərbaycanın xarici borcu artıq 10 milyardı keçdi... [video]

“Asiya inkişaf proqnozu” nun sentyabrın 26-da Honkonqda mətbuat konfransı keçirilib.

Bu proqram inkişaf edən Asiya ölkələrindəki iqtisadi vəziyyət, makroiqtisadi problemlərlə bağlı hərtərəfli analizlər aparır.

Hər ilin aprelində açıqlanan proqnoz sentyabrda yenilənir.

Proqnoz, Orta Asiya, Şərqi Asiya,Cənubi Asiya, Cınub-Şərqi Asiya və Sakit ocean regionlarını əhatə edir.

Azərbaycan və onun qonşuları Orta Asiya regionuna daxildir.

XS
SM
MD
LG