Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:50

Bağlanan bankın işçiləri narazıdır (VIDEO)


Bugün, aprelin 30-da lisenziyası ləğv olunmuş Amrah Bank açıq səhmdar cəmiyyətinin (ASC) əməkdaşları etiraz aksiyası keçiriblər.

Yüzdən çox işçi bankın əsas filialında toplaşaraq qurumun lisenziyasının ləğv edilməsindən narazılıqlarını ifadə ediblər.

Onların sözlərinə görə, bank müflis olmayıb və lisenziyanın ləğvi düzgün deyil:

"Bankımız normal fəaliyyət göstərirdi. Birdən-birə bir günün içində heç bir səbəb olmadan qanunsuz bankımızı bağladılar. 700-ə yaxın əməkdaş işsiz qalıb. Biz tələb edirik ki, işimiz bərpa edilsin. Niyə digər banklara dövlət 60-70 milyon manat pul ayırır, Amrah Bank-ı isə bağlayır? Belə çətin vaxtda, karantin vaxtı bizi işsiz qoyublar" - şikayətçilərdən biri söyləyib.

Onların vurğulamasına görə, prezident çıxışında deyib ki, koronovirus pandemiyası dövründə heç kim işdən çıxarılmamalıdır.

Şikayətçilər həmçinin bildiriblər ki, aprel ayına görə, hələlik, əməkhaqqı da verilməyib:

"Heç vaxt gecikmə olmayıb. Hər ayın 26-sı maaş alırdıq. Bu dəfə isə gecikmə olub və maaşlarımız verilməyib. Deyirlər ki, maaşlar bir ay sonra veriləcək".

Bakıda etiraz. Bank işçiləri maaş və təzminat tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:11:43 0:00

Özünü bankın məsul işçisi kimi təqdim edən bir şəxs toplaşanlara bildirib ki, onların əməkhaqları veriləcək. "Əməkhaqları köçürüləcək. Bundan əlavə mən öz şəxsi əlaqələrimdən istifadə edərək əməkdaşları başqa banklarda işlə təmin etməyə çalışacağam", deyə həmin şəxs bildirib.

Bankın mühafizə xidməti və əraziyə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarını sıxlıq yaratmamağa dəvət ediblər.

Polis işçiləri qeyd ediblər ki, koronavirus pandemiyası zamanı belə sıx toplaşmaq təhlükəlidir. Toplantıda saxlanan olmayıb.

Amma şikayətçilərin dediklərinə, hələlik, Amrah Bank ASC və Azərbaycan Mərkəzi Bankının təmsilçilərindən ayrıca münasibət almaq mümkün olmayıb.

2 gün əvvəl nə baş vermişdi?

Mərkəzi Bankın (MB) İdarə Heyəti aprelin 28-də verdiyi qərarla Atabank ASC və Amrah Bank ASC-nin lisenziyalarını ləğv edilib.

“Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən Atabank ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi” - MB qeyd etmişdi.

MB qərarını məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olması, habelə cari fəaliyyətin etibarlı və prudensial qaydada həyata keçirilməməsi ilə izah etmişdi:

“... Və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bildiririk ki, Atabank ASC və Amrah Bank ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda qorunan əmanətləri Fond tərəfindən tam ödəniləcək”.

Amma bu açıqlamaya da, həmin bankların təmsilçilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

MB-ın İdarə Heyəti 3 gün əvvəl, aprelin 27-də isə Atabank ASC, AGBank ASC, NBCBank ASC və Amrah Bank ASC-yə müvəqqəti inzibatçılar təyin etmişdi.

Onların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Lisenziyası ləğv edilən hər iki bank 1993-cü ildə yaradılıb.

Xatırlatma

Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş vermişdi .

Bunun nəticəsində manat dollar qarşısında iki dəfə dəyər itirmişdi. Nəticədə 10-dan çox bank bağlanmışdı.

Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.

Bu ilin əvvəlindən də dünyada neft təxminən 3 dəfə ucuzlaşıb. Azərbaycan ixracatının təqribən 90 faizi neft və qazın payına düşür.

Hazırda Azərbaycanda 28 bank mövcuddur.

XS
SM
MD
LG