Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:49

Köçkün: "Başımıza sidik axıdılır"


Foto arxiv
Foto arxiv

"Binanın dam örtüyü parça-parçadır, yağış suları yuxarı mərtəbədəki evlərə, ordan da aşağı mərtəbələrdəki otaqlara süzülür. Sanitar qovşağı, su və elektrik xətləri çoxdan sıradan çıxıb. Tualetə binanın arxasına gedənlər var. Çünki binanın tualetlərindəki çirkab suların ötürücü xətləri çürüyüb, sidik divarların arası ilə süzülüb aşağıdakı otaqlara axır. Bir də görürsən yuxarı mərtəbədən düz başımıza sidik axır".

Bunu AzadlıqRadiosu-na Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi 23A ünvanında yerləşən keçmiş Fəhlə yataqxanasının sakini Fuad Həsənov deyir.

Foto arxiv
Foto arxiv

“HAMI BİR-BİRİNDƏN XƏCALƏT ÇƏKƏ-ÇƏKƏ YAŞAYIR”

İşğal altında olan ərazilərdən məcburi köçkün düşmüş 100-dən çox ailə 25 ildən çoxdur ki, taleyini bu yataqxanaya bağlamaq zorunda qalıb. Çirkab suların, antisanitariyanın, şəraitsizliyin hökm sürdüyü binada nəsillər bir-birini əvəz etməkdədir. Yüzlərlə insan məşəqqətli həyatdan cana doyub. Onlardan biri də Aidə Nəbiyevadır:

"Yataqxananın ətrafı yayda toz-torpaq, qışda palçıqlı olur, böyüklü-kiçikli – hamı ayağına sellofan bağlayıb gəzir. Burda hamı bir-birindən xəcalət çəkə-çəkə yaşayır. Bu yataqxananın qapısından heç kəs keçmir. Heç kəsin yaxını-qohumu buradakı otaqlara qonaq gəlmir. Çünki dəhlizdəki üfunəti, antisanitariyanı görən adam bir də yataqxananın heç yanından keçmək istəmir".

Buna da bax:"Məcburi köçkün: 'Bir insan ola, gedə, dərdimizi prezidentə deyə...'

“BİR GÜN TAM ÇÖKSƏ...”

Köçkün Əsli Quliyeva deyir, yataqxananın bir tərəfi uçub. Hətta uçqun nəticəsində köçkünlər xəsarət alıblar:

"Durumumuz çox ağırdır. "Qaçqınkom"a, yerli icra hakimiyyətinə saysız-hesabsız müraciətlərimiz olub. Bina qəzalı vəziyyətdədir. Zirzəmiyə çirkab sular dolur. Üfunətdən evlərdə oturmaq mümkün deyil. Elektrik, qaz, su, kanalizasiya xətləri çoxdan çürüyüb. Hər gün daşları qopub tökülür, bir gün tam çöksə, gec olacaq. Hamımız daş-kəsəyin altında qalacağıq. Gəldilər, adamları sakitləşdirmək üçün yalan danışdılar ki, şəxsən prezidentin diqqətindəsiz, tezliklə köçkün şəhərciyinə köçürüləcəksiz, o olacaq, bu olacaq... Bir sözlə, məmurlar başımıza ip salıb oynadır bizi... Hökumətin əlində oyuncağa çevrilmişik".

“KÖÇÜRÜLƏCƏKLƏR”

Köçkünlər işıq, istilik tələbi ilə dəfələrlə yataqxananın yaxınlığındakı yolu bağlayıblar. Hər dəfə əraziyə gələn yerli icra hakimiyyətinin və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") nümayəndələri köçkünlərə vədlər verərək onları sakitləşdiriblər.

"Qaçqınkom"-dan "Qaynar xətt"ə bildirilib ki, keçmiş Fəhlə yataqxanasındakı köçkünlər köçürüləcək: "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” üzrə işlər davam edir. Prezidentin də göstərişi var ki, inşa olunan köçkün şəhərciklərinə qəzalı yataqxanalardakı köçkünlər köçürülsün. Bu işlər mərhələ-mərhələ davam edir".

AƏli Həsənov
AƏli Həsənov

Qurumdan o da bildirilib ki, yataqxanada bir müddət əvvəl müvəqqəti bərkitmə və təmir işləri aparılıb.

Buna da bax: "Qaçqınlar Əli Həsənovu etirazla qarşıladılar" (Video)

XS
SM
MD
LG