Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:30

Lapşini tutan Lukaşenko bu dəfə Rusiyaya xoş gələcək jest etdi


Belarusdan zorla çıxarılan Sergey Zhadan pasportunu göstərir, 11 fevral, 2017
Belarusdan zorla çıxarılan Sergey Zhadan pasportunu göstərir, 11 fevral, 2017

Ukrayna şairi Sergey Jadan Belarusdan çıxarılıb.

Minskə poeziya festivalında iştirak etməyə gələn yazarı oteldə saxlayıb milisə aparıblar, bir gecə kamerada saxlayandan sonra ölkədən qovublar.

Bu barədə Jadan öz Facebook hesabında yazıb. Bildirib ki, onun pasportuna qeyri-müəyyən müddətə Belarus ərazisinə girməsinə qadağa qoyan ştamp vurulub.

Jadan Ukrayna xarici işlər nazirliyini Belarusla diplomatik əlaqələri qırmağa çağırıb.

Minskdəki Ukrayna səfirliyi məsələyə aydınlıq gətirməsi üçün Belarus XİN-ə nota yollayıb.

Belarus tərəfi hələ ki, insidentlə bağlı mövqeyini bildirməyib.

Amma yazara deyilib ki, onun Rusiya ərazisinə daxil olmasına bir müddətdir ki, "terrorçuluq fəaliyyətinə görə" qadağa qoyulub. Belarusla Rusiya arasında razılaşma var ki, birinin ərazisinə buraxılmayan şəxs o birisinin də ərazisinə girə bilməz.

Bu vizasız zonaya Rusiya, Belarus, Qazaxıstan daxildir.

Jadan Ukraynadakı qərbyönümlü inqilabın qatı tərəfdarlarından olub. Ukrayna ordusunun rusiyameylli separatçılara qarşı "anti-terror əməliyyatı"nı dəstəkləyir.

(ardı aşağıda)

Nobel mükafatlı Belarus yazıçısı Svetlana Aleksiyeviç Jadanın ölkədən çıxarılmasına münasibət bildirir

Son illər Rusiya və Ukrayna qarşılqlı olaraq xeyli şəxsi bu cür "qara siyahı"ya salıblar. Ukrayna da Krımın Rusiya tərəfindən ilhaq olunmasını dəstəkləyən rus sənətçilərini və siyasətçilərini ərazisinə buraxmır.

Ötən ilin mayında Belarusa Ukrayna Ali Radasının vitse-spikeri İrina Geraşenkonun girişinə də icazə verilməmişdi. O da Rusiyanın öz ərazisinə buraxmadığı şəxslər siyahında imiş.

Sonradan Geraşenkoya Bearusa qısa müddətə girməyə icazə verilmişdi. Amma onun adı hələ də Rusiyanın "qara siyası"nda qalır.

TƏSADÜFMÜ?

Bir neçə gün əvvəl Belarus beynəlxalq razılaşma ilə əsaslandırdığı daha bir addım atmışdı.

Minskdə saxladığı rusiyalı-israilli blogger Aleksandr Lapşini Azərbaycana təhvil vermişdi.

Lapshin Azərbaycanda
Gözlə
Embed

No media source currently available

0:00 0:00:44 0:00

Rusiya onun vətəndaşının üçüncü ölkəyə təhvil verilməsinin yolverilməz olduğunu desə də.

Buna da bax: Ermənistanda Lapşinin Azərbaycana verilməsini ‘şillə’ hesab edirlər

Belarus prezidenti Aleksandr Lukaşenko demişdi ki, Dağlıq Qarabağa rəsmi Bakının icazəsi olmadan səfər etmiş Lapşinin həbsi üçün Azərbaycan İnterpola müraciət edib, Belarus hüquq-mühafizə orqanları da onu həbs ediblər.

Lapşin Azərbaycana gətirilib və mühakimə olunacaq.

Son dövrlər Rusiya ilə Belarus arasında gərginlik yaranıb, Moskva ilə Minsk Belarusa satılan neftin qiymətində razılğa gələ bilmirlər. Rusiya Belarusa satdığı neftin həcmini azaldıb. Lukaşenko beynəlxalq məhkəməyə üz tutacağını deyib.

XS
SM
MD
LG