Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:18

Belçika İranla əsir mübadiləsi sazişini ratifikasiya edir


Brüsseldə etiraz aksiyası, arxiv fotosu
Brüsseldə etiraz aksiyası, arxiv fotosu

Baş nazir Aleksandr de Kru hökuməti bildirir ki, saziş İranda həbs olunmuş belçikalı işçinin buraxılması üçün yeganə həll yoludur

Belçika parlamentariləri İranla əsir mübadiləsinə imkan verən, kəskin tənqid olunan sazişi ratifikasiya edib. Bu sənəd terrorçuluq ittihamları ilə həbsdə olan iranlı diplomatın ölkəsinə qayıtmasına yol aça bilər.

İki günlük qızğın müzakirələrdən sonra parlament sazişi 79-41 səs fərqiylə qəbul edib. Sazişi iyulun 6-da parlament komissiyası təsdiqləmişdi.

Bakıda quru sərhədin bağlanmasına etiraz
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Belçikalı işçinin buraxılmasının yeganə yolu

Baş nazir Aleksandr de Kru hökuməti bildirir ki, saziş İranda həbs olunmuş belçikalı yardım işçisi Oliviyer Vandekastilin buraxılması üçün yeganə həll yoludur.

41 yaşlı Vandekastil fevralda Tehranda, ittiham irəli sürülmədən saxlanıb.

Tənqidçilər, o cümlədən İranın mühacirətdə olan müxalifət hərəkatının üzvləri deyirlər ki, Brüssel Tehranın əslində girov götürməyə bərabər hərəkətinin qarşısında geri çəkilir.

Saziş iranlı diplomat Əsədulla Əssadinin buraxılmasına, hətta əfvinə yol aça bilər. O, 2018-ci ilin iyununda Paris yaxınlığında İran müxalifətinin yürüşü zamanı partlayış törətmək planına görə 20 il həbsə məhkum edilib. Yürüşü İran Milli Müqavimət Şurası (İMMŞ) təşkil edib.

Tehran Belçikadan Əssadinin diplomatik statusunun tanınmasını, onun buraxılmasını tələb edib.

Narazılar nə deyir

İMMŞ İranın mühacirətdə olan Mücahidini-Xalq Təşkilatının siyasi qanadıdır. Bu müxalifət qrupunun məqsədi İslam respublikasını devirməkdir.

Belçika müxalifəti iddia edir ki, Tehranla razılaşma Əssadinin buraxılmasına nail olmaq üçün “xüsusi hazırlanıb”. İranlı fəallar isə küçə etirazları keçiriblər.

Ötən həftə 11 insan haqları təşkilatı Belçikanı sazişi ləğv etməyə çağırıb.

İyulun 12-də yayılmış birgə bəyanatda qruplar bildirib ki, saziş məhkum edilmiş terrorçunun buraxılması ilə nəticələnər, “İranın girov götürməsini legitimləşdirər”.

Qruplar xəbərdarlıq ediblər ki, bu saziş Belçika və Avropa İttifaqının terrorçu hərəkətlərə görə məsuliyyətə cəlb etmə öhdəliyini pozur.

XS
SM
MD
LG