Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:09

Həbsdə Bəxtiyar Hacıyevə təzyiqlər olduğu deyilir


Bəxtiyar Hacıyev gecə saatlarında başına torba keçirilib aparılmasından danışır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Bəxtiyar Hacıyev gecə saatlarında başına torba keçirilib aparılmasından danışır (Arxiv)

Hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, aldığı məlumatlara görə, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev pis rəftara məruz qalıb.

Onun deməsinə görə, məlumat alıb ki, B.Hacıyevi saxlandığı Bakı İstintaq Təcridxanasında dekabrın 17-si, səhər saat 5-də yuxudan oyadaraq əllərini qandalayıb soyuq bir otağa aparıblar: "Bu qışın günündə soyuq bir otaqda səkkiz saata yaxın saxlayıblar. Verilən məlumatlara görə, Bəxtiyara su belə verilməyib. O, su istəyəndə suyu stəkana süzüb ona uzaqdan göstəriblər, amma aclıq edən adama su verilməyib".

O, həmçinin vurğulayıb ki, B.Hacıyevdən aclığa başlaması ilə bağlı müəssisəyə verdiyi ərizəyə dəyişikliklər etməsinin də tələb olunduğu bildirilir: "Tələb olunub ki, ərizədə qeyd olunmuş ayrı-ayrı vəzifəli şəxslərin adlarını çıxarsın. Bəxtiyar isə bundan imtina edib. Bundan sonra onu tibbi-sanitar hissəyə aparıblar. Orada digər həbs olunmuş şəxsləri ona qarşı qaldırmağa çalışıblar ki, onlar Bəxtiyarın aclıq aksiyasının qarşısını alsınlar, ona bununla bağlı təzyiq göstərsinlər. Buna baxmayaraq, Bəxtiyar aclıq aksiyasını davam etdirir".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma Penitensiar Xidmət rəsmiləri, bir qayda olaraq, məhbuslara işgəncə verilməsi ilə bağlı şikayətləri qəbul etmir, onlarla qanunlar çərçivəsində davranıldığını vurğulayırlar.

Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırmadığı bildirilir

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını davam etdirdiyi deyilir.

Bu barədə Azadlıq Radiosuna onun yaxınları məlumat verib. Onların sözlərinə görə, dünən, dekabrın 18-də bəzi media orqanlarında fəalın aclığı dayandırması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəxtiyar artıq beşinci gündür aclıq aksiyası keçirir. O, öz həbsinə etiraz edir".

Fəalın yaxınları əlavə edib ki, aclıq onun səhhətinə mənfi təsir göstərib və hazırda səhhəti pisdir.

Onlar vurğulayıblar ki, B.Hacıyevə telefon danışıqlarına icazə verilmir.

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmətin Mətbuat xidmətindən isə "Turan"a bildirilib ki, B.Hacıyev aclıq aksiyası keçirmir: "O, bir gün aclıq aksiyası keçirmişdi və həkimlərin nəzarəti altına, tibbi-sanitar hissəsinə köçürülmüşdü. Aclıq aksiyasını dayandırıb".

Vəkili 'xəbərsizəm' deyir

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırması ilə bağlı məlumatlar yayılsa da, onun vəkillərindən Aqil Layıc məsələdən xəbərsiz olduğunu bildirir. Vəkil özünün Facebook səhifəsində yayılan xəbərlərə münasibət bildirib: "Bəxtiyar Hacıyevin telefon danışıqlarına, hətta vəkilləri ilə telefon danışıqlarına qadağa qoyulub. Qanunda vəkilləri ilə telefon danışığına qadağa qoyulması mümkün deyil. Bəxtiyar Hacıyev həqiqətən də aclığı dayandırıbsa (biz həqiqətən bunu arzu edirik), şərait yaradılsın, vəkillərindən birinə zəng edərək aclığı dayandırması yönündə xoş xəbəri bizə bildirsin və biz də bunu elan edək".​

B.Hacıyev dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində onun haqqındakı həbs qərarından verilmiş şikayətə baxılarkən aclıq aksiyasına başladığını elan edib.

İş haqqında…

Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi qaldırıb və jurnalist Ülviyyə Alovlunun şikayəti ilə bağlıdır. Ötən ilin oktyabrında məhkəmədə Hacıyev ilə Alovlu arasında insident yaşanmışdı.

Ü.Alovlu B.Hacıyevin onu vurmasını iddia etmişdi, Hacıyev isə, öz növbəsində, bu halın yaşanmadığını və sadəcə təhqir qarşısında kağızları masaya atdığını demişdi.

Alovlu Hacıyevi Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Amma onun şikayəti sübuta yetirilmədiyi üçün iddiaya xitam verildiyi açıqlanmışdı.

Onlar bir-birilərindən şikayətçi idilər.

Bəxtiyar Hacıyev həbs edildi
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Xatırlatma

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

XS
SM
MD
LG