Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:16

Türkiyənin hakim partiyası yeni liderini və baş nazir seçir


Foto arxiv
Foto arxiv

Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası” mayın 22-də yeni rəhbərini və baş naziri seçir.

Nəqliyyat naziri Binali Yıldırım bu vəzifələrə yeganə namizəddir.

Partiyanın qurucularından olan Binali Yıldırım prezident Racep Tayyip Erdoganın yaxın tərəfdaşlarından biridir.

60 yaşlı Yıldırım bu vəzifələrdə, mayın əvvəllərində gedəcəyini bəyan edən baş nazir Ahmet Davutoglunu əvəz edəcək.

Məlumatlara görə prezident Racep Tayyip Erdoganla Ahmet Davutoglu arasında fikir ayrılıqları var.

Binali Yıldırımın təyinatından sonra ölkə konstitusiyasında Erdoganın hakimiyyətini gücləndirəcəkdüzəlişlər gözlənilir.

Racep Tayyip Erdogan ölkədə prezident üsul-idarəsi qurmaq istəyir.

Qeyd edək ki, hazırda Türkiyədə parlament sistemidir.

Müxalifət Erdoganı ölkədə monarxiya sistemi qurmağa cəhddə ittiham edir və bunu saray çevrilişi adlandırıb.

XS
SM
MD
LG