Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:14

BMT İnsan Haqları Şurası Rusiyaya qarşı qətnamə qəbul edib (Video)


Ukraynanın BMT şurasındakı nümayəndəsi Yevheniya Filipenko
Ukraynanın BMT şurasındakı nümayəndəsi Yevheniya Filipenko

47 iştirakçı dövlətdən 32-si qərarın leyhinə, 2 ölkə - Rusiya və Eritreya əleyhinə səs verib

BMT-nin İnsan Haqları Şurası Rusiyanın Ukraynaya hücumunun nəticələrini araşdırmaq üçün təcili müstəqil beynəlxalq komissiyası yaratmaq qərarına gəlib.

47 iştirakçı dövlətdən 32-si qərarın leyhinə, 2 ölkə - Rusiya və Eritreya əleyhinə səs verib.

BMT-nin İnsan Hüquqları Şurasının bu iclası Ukraynanın xahişi ilə çağırılıb.

Ukraynanın BMT şurasındakı nümayəndəsi Yevheniya Filipenko təşkilata “Rusiyanın cinayətlərini sənədləşdirmək və araşdırmaq, günahkarları tapmaq yolu ilə mühakiməni təmin etmək kimi ümumi borcunu” yadda saxlamağa çağırıb.

Qərara müvafiq olaraq araşdırma aparacaq komissiya təsdiq olunub. Bu komissiyanın üç üzvü olacaq.

BMT Rusiyanın Ukraynaya hücumunda pozuntuları araşdıracaq
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

“Hüquqi gücü olmasa da güclü sənəd”

Cenevrədə mənzillənmiş qurumun qərarları hüquqi gücə malik olmasa da, o mühüm siyasi mesajlar verir və daha geniş təhqiqata başlanmasına imkan yaradır.

Keçmiş prezident Donald Tramp tərəfindən bu qurumdan çıxarılmış ABŞ-ın nümayəndəsi sözü gedən iclasa qatılmışdı.

O bildirib ki, şuranın bu qərarı “Rusiyanın hərəkətlərinin çox güclü şəkildə pislənməsi” deməkdir.

Şuranın yaratdığı komissiyanın ilk hesabatının 2023-cü ilin əvvəllərində açıqlanacağı gözlənilir.

Rusiyada mediaya 'müharibə' sözü işlətmək qadağan edildi
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Beynəlxalq Məhkəmə ilə paralel

Filipenko deyib ki, yeni yaradılan komissiya Haaqadakı Beynəlxalq Məhkəmə ilə paralel işləyəcək.

Rusiya nümayəndəsi Yevgeni Ustinov deyib ki, qətnaməni dəstəkləyənlər “Ukrayna hadisələrində Rusiyanı ittiham etmək üçün hər vasitəyə əl atmağa hazırdırlar”.

Çoxsaylı foto və video sübutlara baxmayaraq, Rusiya Ukraynaya hərbi müdaxiləsi zamanı mülki şəxslərə qəsdən hücumlar kimi hər hansı insan hüquqları pozuntusuna yol verdiyini inkar edir.

Rusiyanın yeni işğalından sonra Ukraynada hərbi vəziyyət tətbiq edilib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin əvvəllər "tanıdığı" DNR/LNR-nin hərbi yardım tələbindən sonra Donbasda “xüsusi əməliyyatın" başlandığını elan edib.

Kreml Ukraynanı işğal etmək niyyətini inkar edir və işğalın məqsədinin “Ukraynanın demilitarizasiyası və denasifikasiyası” olduğunu bildirir.

XS
SM
MD
LG