Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:56

'Britaniya parçalana bilər'- Zərdüşt Əlizadə

23 iyun referendumunda britaniyalılar Avropa Birliyindən çıxmağa səs veriblər. Onların 52 faizi çıxmağa «hə», 48 faizi «yox» deyib.

Xəbər daim yeniləndiyindən ən son məlumat yazının əvvəlindədir.​

14:12 24.6.2016
Neft pulları
Neft pulları

Dövlət Neft Fondu 1 gündə 468 milyon dollar itirdi

İqtisadçı Qubad İbadoğlu Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının Dövlət Neft Fondunun (DNF) aktivlərinə təsirini şərh edir: «Aprelin 1-ə olan məlumata görə, DNF-nin 1 milyard 150 milyon 700 min funt-sterlinq aktivi var idi. Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı qərarından sonra funt-sterlinq 1 gündə 7.66 faiz dəyər itirib». Ətraflı burada oxu

13:49 24.6.2016

Geert Wilders: «Hollandiya üçün referendum zamanıdır»

Hollandiyanın sağçı Azadlıq Partiyasının lideri Geert Wilders da referendum çağırışı edib.

Wilders Twitter hesabında yazıb ki, Hollandiya xalqının ən qısa vaxtda Avropa Birliyi üzvlüyüındən çıxma zamanıdır

12:16 24.6.2016
Funt-sterlinq
Funt-sterlinq

İngilis pulu manat qarşısında ucuzlaşdı

İngiltərənin Avropa Birliyindən çıxmaq (Brexit) qərarı milli valyutasını manat qarşısında da ucuzlaşdırıb.

Mərkəzi Bankın bu gün açıqladığı rəsmi məzənnəyə görə, ingilis funt-sterlinqi manat qarşısında 9.3 faiz dəyərdən düşüb. Dünən 2.2636 manat səviyyəsində qərarlaşan funt-sterlinq bu gün 2.0530 manata bərabər olub.

Həmçinin, avro da manat qarşısında 3.2 faiz ucuzlaşıb. 1 avro 1.6787 manata düşüb.

«Brexit» qərarında sonra funt-sterlinq dünya valyutaları qarşısında müəyyən qədər dəyər itirir.

12:10 24.6.2016
David Cameron
David Cameron

David Cameron istefa verəcəyini deyir

Böyük Britaniyanın baş naziri David Cameron üç aydan sonra istefa vermək niyyətini bildirib. Cameron seçiciləri AB-də qalmağa səs verməyə çağırırdı. O, iyunun 24-də deyib ki, «AB-ni tərk etmək üzrə danışıqlar» başqa baş nazirin rəhbərliyi ilə aparılmalıdır. Ətraflı burada oxu

Davamı

XS
SM
MD
LG