Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:05

Britaniya Ukraynaya əlavə silah göndərəcək


Londonda Ukraynaya dəstək aksiyası, arxiv fotosu
Londonda Ukraynaya dəstək aksiyası, arxiv fotosu

Britaniya və baş naziri Qərbdə Rusiyanın hərəkətlərini ən çox pisləyən, Moskvaya sanksiyalar tətbiq edənlər sırasındadır

Britaniya Ukraynaya əlavə hərbi dəstək, öldürücü müdafiə silahları göndərməyə, “Rusiya təcavüzünə qarşı” Kiyevə kömək üçün böyük kredit qarantiyaları verməyə hazır olduğunu bildirib.

“Rusiyanın təhdidedici davranışının artması və daha öncəki dəstəyimizə uyğun olaraq, Böyük Britaniya tezliklə Ukraynaya əlavə hərbi dəstək paketi verəcək”, – Baş nazir Boris Conson fevralın 23-də parlamentdə deyib.

Öldürücü yardım...

“Buraya müdafiə silahları formasında öldürücü yardım və qeyri-öldürücü yardım daxil olacaq”, – Conson sözlərinə əlavə edib.

Britaniya və baş naziri Qərbdə Rusiyanın hərəkətlərini ən çox pisləyən, Moskvaya sanksiyalar tətbiq edənlər sırasındadır.

Fevralın 22-də Conson Rusiyanın beş bankı və üç zəngin biznesmeninə sanksiyalar açıqlayıb. Hökumətin Rusiya şirkətlərinin Britaniya funt-sterlinqi və ABŞ dolları ilə xidmətlərə çıxışının qadağan edəcəyini bildirib. Həmçinin Londonda Rusiya suveren borc istiqrazlarının satılması dayandırılacaq.

“Pulu ağzımıza qoyuruq”

Britaniyanın Xarici İşlər Nazirliyi fevralın 23-də bildirib ki, Kiyevə 500 milyon dollar kredit qarantiyası ayıracaq. Bu kredit iqtisadi sabitlik və islahatlar, korrupsiya ilə mübarizəyə dəstək layihələri üçün nəzərdə tutulur.

Ukraynaya dəstək verən Qərb ölkələri Kiyevi korrupsiya ilə mübarizəyə, hüququn aliliyini təkmilləşdirmək kimi islahatlar həyata keçirməyə çağırıblar.

“Biz pulu ağzımıza qoyuruq, Britaniyanın iqtisadi təcrübəsi və gücündən Ukrayna xalqına dəstək üçün istifadə edirik”, – Xarici işlər naziri Liz Trass bəyanatında deyib.

“Bu qarantiyalar Ukrayna paytaxtına kapital axıdacaq, iqtisadiyyatının Rusiya təcavüzünün öhdəsindən gəlməsinə kömək edəcək”, – deyən Trass Rusiyanın Ukraynaya təcavüzünün yaxın olduğunu vurğulayıb.

“Putinin Ukraynanın tammiqyaslı işğalı planını həyata keçirəcəyinin çox real olduğunu düşünürük”, – Trass “Sky News”a deyib.

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqində iki separatçı region müstəqil dövlətlər kimi tanıyıb, oraya qoşun göndərəcəyini deyib. Kiyev, BMT, Qərb, digər ölkələr bu addımları pisləyiblər.

XS
SM
MD
LG