Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:07

Azərbaycan və Ermənistan komissiyaları işi sürətləndirmək barədə razılaşıblar


Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev (sağda) və Mher Qriqoryan
Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev (sağda) və Mher Qriqoryan

Məlumatda bildirilir ki, iclas Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında gerçəkləşib

Bugün, noyabrın 3-də Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya (qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsi-red) komissiyalarının iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, iclas Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında gerçəkləşib.

Ermənistanlı hüquq müdafiəçisi: "Təkcə son 1 ildə orduda 51 ölüm halı olub"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Hər iki ökə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü iclası olub.

İclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino nümayəndə heyətlərini salamlayıb, iki ölkə arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduqlarını təsdiq edib:

“Tərəflər, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam edib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.”

Açıqlamya görə, tərəflər habelə komissiyaların birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılaşıblar:

“Tərəflər Komissiyaların dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.”

Bundan əvvəlki görüşlər

Komissiyaların bundan əvvəlki iclası avqustun 30-da Rusiya paytaxtı Moskva şəhərində gerçəkləşmişdi.

Azərbaycan XİN-in bildirməsinə görə, tərəflər onda təşkilati, prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar.

Sərhədinin delimitasiya üzrə Dövlət Komissiyası Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki ölkənin lideri arasında aparılan danışıqların nəticəsində bu il yaradılıb.

Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya isə 2020-ci il noyabrın 10-da üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşmadan sonra həmin formatda aparılan danışıqların gedişində yaradılıb.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Xatırlatma

Bu il mayın 22-də Azərbaycan və Ermənistan liderləri - Əliyevlə Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşmüşdülər.

Tərəflər sərhədlərin müəyyən edilməsi üçün komissiyanın işə başlaması üzrə razılığa gəlmişdilər.

Həmin görüşdən bir gün sonra - mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər.

Komissiyaların ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədində keçirilib.

Tərəflər komissiyalar çərçivəsində delimitasiya, o cümlədən sərhəddə təhlükəsizliyin təminatıyla bağlı məsələlər üzrə işləməyə razılaşıblar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

O vaxtdan tərəflər arasında əsas vasitəçiliklə Rusiya məşğul olub. Lakin ötən ilin dekabrından vasitəçiliyə Avropa İttifaqı da qoşulub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG