Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:37

Büdcədə idman xərcləri hansı xərcləri üstələyir?


Formula-1
Formula-1

-

«Bu ilin büdcəsində beynəlxalq idman tədbirlərinin keçirilməsi xərcləri elm xərclərindən 3 dəfə çox nəzərdə tutulub».

Bunu iqtisadçı-alim Qubad İbadoğlu yazıb. O qeyd edir ki, 2016-cı ilin yenilənən büdcəsində yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə 403.87 milyon manat vəsait ayrılıb:

«Bu vəsait bu il üçün nəzərdə tutulan səhiyyə büdcəsinin təxminən yarısı qədərdir. Həmin vəsait ayrı-ayrılıqda sosial təminat xərclərindən 11.5 dəfə, ipotekaya dəstək xərclərindən 8 dəfə, elm xərclərindən 3 dəfə, dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə ayrılan xərcdən 2.5 dəfəyədək çoxdur».

Qubad İbadoğlu sonra da yazır: «Həmin vəsaitdən əlavə 18 milyon manat da beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Deməli, bu il bütövlükdə beynəlxalq tədbirlərin təşkili üçün büdcədən 422.8 milyon manatdan çox vəsait xərclənəcək. Göründüyü kimi, bundan heç də böhran büdcəsi «iyi» gəlmir. Onun rasionallaşdırılması ilə bağlı deyilənlər isə xüsusilə yeniləşmiş büdcədə nəzərə alınmayıb».

2016-cı il dövlət büdcəsinin gəlirləri 16 milyard 822 mln. manat həcmində təsdiqlənib.

Cari ilin dövlət büdcəsində məxaric isə 18 milyard 495 mln. manat təşkil edəcək.

Bu il Azərbaycan «Formula-1», 17 yaşlılardan ibarət futbol üzrə Avropa Çempionatının final oyunlarına və Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

XS
SM
MD
LG