Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:01

ATƏT sədrinin regiona səfəri gözlənir. Əliyev sərhəd missiyalarını tənqid edir


Erməni politoloq: "Azərbaycanın razılığı olmadan Laçın dəhlizinə beynəlxalq missiya göndərilə bilməz"
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Erməni politoloq: "Azərbaycanın razılığı olmadan Laçın dəhlizinə beynəlxalq missiya göndərilə bilməz"

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın Xarici işlər naziri Buyar Osmaninin yaxın gələcəkdə Azərbaycana və Ermənistana səfər edəcəyi gözlənir. Bu haqda AzadlıqRadiosunun erməni xidməti – Azatutyun məlumat yayıb.

Yanvarın 10-da Osmani Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov Ararat Mirzoyanla telefon söhbətində Cənubi Qafqazdakı, o cümlədən Laçın dəhlizindəki vəziyyəti müzakirə edib.

Dekabrın 12-dən özünü ekofəallar adlandıran azərbaycanlılar Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın dəhlizində aksiya keçirir, Qarabağdakı filiz yataqlarının qanunsuz istismarına, bunun ekoloji fəsadlarına etiraz etdiklərini deyirlər.

Ermənistan Qarabağ sakinlərinin blokadada qaldığını bildirsə də, Azərbaycan yolun humanitar məqsədlər üçün açıq olduğunu deyir.

Osmaninin çağırışı

Azatutyun yazır ki, Osmani Laçın dəhlizindəki vəziyyətin dinc əhalinin gündəlik həyatına təsirindən narahatlığını bildirib. O, tərəfləri gərginliyi azaltmağa, konstruktiv və produktiv dialoq başlatmağa çağırıb.

Azərbaycan XİN-in məlumatına görə, nazir Bayramov Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesinə yaratdığı maneələr barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə yanvarın 10-da yerli media təmsilçiləri iləm görüşündə deyib ki, ATƏT sərhədə missiya göndərmək istəyib, ancaq Bakı buna qarşı çıxıb. Azərbaycan məsələnin qəbulu üçün konsensus verməyəcəyini desə də, “qaydalarda boşluq taparaq” ATƏT-in missiyası sərhədə göndərilib.

Aİ missiyası

Prezident Əliyev Avropa İttifaqını (Aİ) sərhəddə iki aylıq missiya başa çatandan sonra Azərbaycanla razılaşdırmadan sərhədə yeni missiya göndərdiyinə görə tənqid edib.

“...Rəsmən dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar. Amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu da sadəcə olaraq, manipulyasiyadır. İndi yeni missiyanın nümayəndələri Ermənistandadır, orada yüksəkvəzifəli şəxslərlə görüşlər keçirirlər. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan”, – Əliyev vurğulayıb.

Azərbaycan-Ermənistan sərhədinə iki aylıq Aİ missiyasının göndərilməsi üzrə razılıq oktyabrın əvvəlində Praqa görüşündə əldə olunub və elə həmin ay missiya göndərilib. Prezident Əliyev 40 nəfərdən ibarət belə bir missiyanın göndərilməsi haqda razılaşmanın sonradan pozulduğunu iddia edib.

ATƏT, Aİ bu iddialara münasibət açıqlamayıb.

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadığı yerlərə Rusiya hərbi kontingenti yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya edilməyib.

Ötən ilin sentyabrında sərhəd toqquşmalarında 300-dək hərbçi həlak olub. Ermənistan Azərbaycanı öz suveren ərazisinə girməkdə ittiham etsə də, Bakı sərhədlərin müəyyənləşdirilmədiyini bildirib.

XS
SM
MD
LG