Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:36

Çeçenistandan Erdoğanı indi də Gülenlə hədələyirlər


İstanbulda çeçenlərin anti-Rusiya aksiyası (2014-cü il)
İstanbulda çeçenlərin anti-Rusiya aksiyası (2014-cü il)

Çeçenistan Müsəlmanları İdarəsi Türkiyə prezidenti Recep Tayyip Erdoğanı “ikili oyun” oynamaqda ittiham edib

Çeçenistan Müsəlmanları İdarəsi Türkiyə prezidenti Recep Tayyip Erdoğanı “ikili oyun” oynamaqda ittiham edib və “müvafiq tədbirlər” görüləcəyi barədə xəbərdarlıq edib.

Sözü gedən müraciət Türkiyənin Kerfez şəhərində separatçı Çeçenistan – İçkeriya Respublikasının ilk lideri Covxar Dudayev adına parkın yaradılmasından və burada Dudayevə abidə qoyulmasından sonra edilib.

Bundan bir gün əvvəl Çeçenistanın başçısı Ramzan Kadırov Türkiyə hökumətini terrorçulara sığınacaq verməkdə ittiham etmişdi.

Ruhani idarəsinin müraciətində və Kadırovun bəyanatında Ankara Dudayevin xatirəsinə ehtiram göstərildiyinə görə qınananır:

"Covxar Dudayevi belə yüksək hörmət mərtəbəsinə qaldırmaq həqarət deyilmi? Bundan başqa sizin ölkənizin terrorçulara dəstək verməsi çox böyük təəssüf hissi doğurur”.

Kadırov Ankaranı Öcalana heykəl qoymaqla hədələdi
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

“Cənab Edrdoğan, siz ikili oyun oynayırsınız!”

Müraciətdə daha sonra deyilir:

"Öz siyasi ambisiyalarınız naminə, cənab Erdoğan, siz ikili oyun oynayırsınız! Sizin siyasətiniz antiçeçen və deməli anti-Rusiya ideologiyasının əlamətlərinə malik olmamalıdır. Axı siz Rusiya Federasiyası ilə dost münasibətlərinizin olduğunu bəyan edirsiniz. İkiüzlülük onda üzə çıxır ki, siz özünüzü xeyirxah müsəlman kimi göstərirsiniz, amma terrorçuları, o cümlədən vətənin ədalətli cəzasından Türkiyəyə qaçanları dəstəkləyirsiniz”.

Mürcaiətdə habelə xəbərdarlıq edilir ki, buna cavab olaraq Çeçenistanda tanınmış müsəlman vaiz Fethullah Gülen türk xalqının əsl vətənpərvəri, Abdullah Ocalan isə vicdan məhbusu elan edilə bilər.

Türkiyədə sözü gedən park və Dudayevin abidəsi bu ilin dekabrında açılıb.

Açılış mərasimində Erdoğanın Ədalət və İnkişaf Partiyasının üzvü olan mer Şener Söğut də iştirak edib.

O açılış mərasimində etdiyi çıxışda Dudayevi “cəsur sərkərdə” adlandırıb.

Həmin tədbirdə Çeçenistanın Rusiyaya qarşı müharibəsinin veteranları da iştirak edirdilər.

Kreml Kadırovun bəyanartını “başadüşülən” adlandırır

Çeçenistan başçısı Ramzan Kadırov Qroznı şəhərinin mərkəzində Kürdüstan İşçi Partiyasının lideri Abdullah Ocalana abidə qoymaqla hədələyib. Ocalan hazırda Türkiyə həbsxanasında ömürlük həbs cəzası çəkir.

BBC-nin məlumatına görə Ocalan sığınacaq almaq ümidilə 1998-1999-cu illərdə Rusiyaya gəlibmiş.

Kremldə Kadırovun bəyanatını “emosional, amma başadüşülən” adlandırıblar.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov bu barədə deyib:

"Bu, Rusiyanın bu regionunu nəzarətləri altına almaq istəyən terrorçular tərəfindən başladılmış bir neçə müharibədən keçmiş bölgənin başçısı tərəfindən çox-çox emosional, amma izaholunan bəyanatdır”.

Ramzan Kadırovun atası Axmad Kadırov Dudayevin hakimiyyəti zamanı separatçı respublikanın müftisi idi, Ramzanın özü isə Dudayevin tərəfində döyüşürdü.

XS
SM
MD
LG