Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:22

"Həbslər Azərbaycanla əməkdaşlığımıza əsas əngəldir"


Daniel Baer
Daniel Baer

-

“ABŞ, bir sıra məsələlərlə bağlı digər ölkələrin hökümətləri ilə daha möhkəm tərəfdaşlığın tərəfdarıdır və Azərbaycanın insan haqları və söz azadlığı sahəsində öhdəliklərinə əməl eləməməsi buna əsas maniələrdən biridir”.

Bunu sentyabrın 14-də AzadAvropa və AzadlıqRadiosuna müsahibəsində ABŞ-ın ATƏT Daimi Şurasındakı səfiri Daniel Baer bəyan edib. O qeyd edib ki, söhbət ABŞ-dan yox, Azərbaycanın gələcəyindən gedir.

“Xədicə İsmayıl, Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunuslar kimi öz ölkəsinin güclü gələcəyinə inanan insanlar nahaq yerə hazırda həbsdədirlər.

Biz bu halların hər birinə görə dərindən narahatıq. Mənə şəxsən ən çox təsir edən şeylərdən biri isə bir neçə il bundan Bakıya gedəndə hazırda həbsdə olan bu insanlara görüşlərimdən xatirələrdir.

Öz ölkələrinin gələcəyində tam qəti olan bu vətənpərvər insanlargüclü, varlı və daha demokratik Azərbaycan qurtmaq istəyirlər”-deyə o vurğulayıb.

Buna da bax: Siyavuş Novruzovdan Avropaya "konslager" ittihamı

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi sentyabrın 11-də fəaliyyətinə qoyulacaq məhdudiyyətlərlə bağlı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçilikdən imtina edib.

Bundan əvvəl isə Avropa Parlamenti Azərbaycanda insan haqlarının getdikcə pisləşən vəziyyətindən ciddi narahatlıq bildirən qətnamə qəbul edib.

XS
SM
MD
LG