Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:24

Belarusa müraciət olundu: Vəziyyətin mənfi inkişafına hazırlaşın


Belarus prezidenti Lukashenko arxiv foto
Belarus prezidenti Lukashenko arxiv foto

Dünya Səhiyyə Təşkilatı (DST) Belarus hakimiyyətinə müraciət edib ki, koronavirus epidemiyası ilə əlaqədar vəziyyətin mənfi inkişafına hazırlaşsın. Təşkilatın ekspert qrupu ölkədə vəziyyətin araşdırılmasından sonra Minskdə keçirdiyi mətbuat konfransında bu çağırışı edib.

Qrup üzvlərindən Patrick O'Connor Belarusda epidemiyanın daha təhlükəli mərhələyə keçdiyini deyib və ölkə rəhbərliyinə təcili plan və xəstəxanalar hazırlamağı tövsiyə edib.

Təşkilat mayın 9-da Belarusda keçiriləcək hərbi parad da daxil olmaqla bütün ictimai tədbirlərin ləğv edilməsini tövsiyə etdir.

Belarus Müdafiə Nazirliyi isə şənbə günü deyib ki, paradın ləğvi və ya təxirə salınmasının mümkünlüyü " heç söhbət mövzusu" deyil.

Hələ martın 31-də etdiyi açıqlamasında prezident Lukashenko ölkədə karantin elan olunmasına mənfi yanaşdığını bildirib və "iylənmiş mənzillərdə" təcrid olunmanın insanları daha çox öldürə biləcyini deyib.

Belarusun səhiyyə naziri Vladimir Karanik Dünya Səhiyyə Təşkilatının ekspertləri ilə görüşdən sonra ölkədə genişmiqyaslı karantin tədbirlərinə ehtiyac olmadığını bildirib. Nazir "məhdudlaşdırıcı tədbirlərin xəstəliyinin məhv olmasına gətirib çıxarmayacağını" deyib.

Aprelin əvvəlindən bəri açıqlanan rəsmi məlumatlara görə, Belarusda virusa yoluxanların sayı 10 dəfədən çox artıb. Müayinə edilənlər arasında 2226 nəfərin virusa yoluxduğu təsdiqlənib ki, onların arasında bir neçə həkim də var. İndiyə qədər ölənlərin sayı isə 20-ni ötüb. Prezident Lukashenko isə hələki Dünya Səhiyyə təşkilatının Belarusa gələn ekspertlərinin çağrışlarını şərh etməyib.

XS
SM
MD
LG