Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:52

DST ekspertləri koronavirusun mənşəyini tapa bilməyiblər


DST komandasının rəhbəri Piter Ben Embarek
DST komandasının rəhbəri Piter Ben Embarek

Dünya Səhiyyə Təşkilatının (DST) Çinin Vuhan şəhərində tədqiqat aparan ekspert komandası 2019-cu ilin sonlarında koronavirus epidemiyasının dəqiq başlanma səbəblərini aşkara çıxara bilməyib.

Bu mövzuda keçirilən mətbuat konfransında DST missiyasının rəhbəri Piter Ben Embarek deyib ki, ən ağlabatan nəzəriyyə koronavirusun heyvandan insana keçməsidir.

O virusun dondurulmuş ərzaq məhsullarının səthindən keçməsi versiyasını da istisna etmədiyini deyib.

Yeri gəlmişkən, bu versiya ən ağlabatan variant kimi Çin hökuməti tərəfindən irəli sürülmüşdü.

Embarek virusun laboratoriyadan yayılması versiyasını son dərəcə az ehtimal edilən olduğunu deyib.

O bildirib ki, virusun birbaşa yarasalardan insana keçməsi də inandırıcı deyil.

Mənşəyin axtarışı illərlə sürə bilər

İnsanda COVID-19 xəstəliyini yaradan koronavirus hələki, canlı təbiətdə aşkar olunmayıb.

Hərçənd buna bənzər viruslar yarasalarda və panqolinlərdə tapılıb.

Ekspertlər bunu da bildiriblər ki, onlar koronavirusun Vuhandakı diri heyvan bazarından qaynaqlanmasının sübutlarını tapa bilməyiblər.

Ekspertlərin sözlərinə görə, insanda koronavirus populyasiyasının yaranma səbəblərinin axtarışı illərlə davam edə bilər.

İlk dəfə Vuhan şəhərində qeydə alınan koronavirusun epidemiyasını hakimiyyət orqanlarının bütün səylərinə baxmayaraq dayandırmaq mümkün olmayıb.

Təkcə Çin yarasaları yox

İndiyədək bütün dünyada koronavirus infeksiyasını 100 milyondan çox insan keçirib. Bunlardan 2 milyondan bir qədər çoxu vəfat edib.

Bu virusun yayılmasının qarşısını almaq üçün görülən karantin tədbirləri dünya iqtisadiyyatına böyük zərbə vurub.

Bu da qeyd olunmalıdır ki, Çinin özündə xəstəliyə yoluxma əmsalı çox aşağıdır.

Koronavirusun yaranmasına dair indiyədək çox sayda nəzəriyyələr ortaya çıxıb.

Belə nəzəriyyələri təkcə alimlər yox, həm də dünya liderləri dilə gətiriblər.

DST ekspertləri lap əvvəldən bildiriblər ki, virus böyük bir ehtimalla hər hansı ara həlqə ilə insana vəhşi heyvandan keçib.

Amma bu nəzəriyyəni dəqiq təsdiqləmək üçün sübutlar yoxdur.

Ekspertlər bunu da bildirirlər ki, koronavirus bütün Asiya boyunca əksər yarasa populyasiyalarında aşkar olunub.

XS
SM
MD
LG