Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:58

Hafiz Məmmədov: 'Mənə zərbəni Eldar Mahmudovun oyunları vurdu'


Hafiz Məmmədov
Hafiz Məmmədov

Paris məhkəməsi “Lans” futbol klubunun səhmlərinə nəzarət edən və azərbaycanlı keçmiş oliqarx Hafiz Məmmədova (“Hafka”) məxsus RLS Holding şirkətini müflis elan edib. Bununla da “Hafka” iki il əvvəl aldığı “Lans” klubu üzərində mülkiyyət hüququnu itirib.

Bunu bildirən Virtualaz.org yazır ki, məhkəmənin belə qərar verməsinə səbəb “Hafka”nın müflis olması nəticəsində onun klub qarşısında öhdəliklərini yerinə yetirə bilməməsidir. Hafiz Məmmədov “Lans” klubunun büdcəsinə 5.6 milyon avro vəsaiti ödəyə bilməyib. Xatırladaq ki, o, “Lans”ın səhmlərinin üçdə ikisini 20 milyon avroya almışdı, daha sonra biznesmen kluba 6 milyon avro da yatırım qoymuşdu.

Lakin klubu alandan az sonra “Hafka”nın “Baghlan Group” şirkəti müflis olub və oliqarxın biznesi çöküb. Nəticədə o, Fransa klubuna sponsorluq etmək imkanlarını itirib.

Fransa mətbuatının yazdığına görə “Lans”ın yeni sahibi Kot-d İvuardan olan biznesmen, CKG şirkətlər qrupunun sahibi Charles Kader Qura olacaq. O, “Lans”ın inkişafına 30 milyon avro yatırmağa və 5.6 milyon avroluq borcunu ödəməyə hazırdır. Hafiz Məmmədov isə bu sövdələşmədən heç nə əldə edə bilməyəcək. Çünki onun şirkəti məhkəmə tərəfindən müflis elan edilib və biznesmen məhkəmə qaydasında kluba mülkiyyət hüququnu itirib. “Lans”a afrikalı biznesmenlə yanaşı “Atletico” klubunun sahibləri də iddia edir. Klubun taleyi mayın sonlarına qədər həll olunmalıdır.

Eldar Mahmudov
Eldar Mahmudov

"ÇİRKİN OYUNLAR"

H.Məmmədov virtualaz.org saytına açıqlamasında “Lans”ı itirdiyini təsdiqləyib və bunu həyatında “ən faciəli günlərdən biri” adlandırıb. “Təəsüf ki, artıq bizim üçrəngli bayrağımız artıq “Lans”ın üzərində dalğalanmır. İki il boyu mən bütün qapıları döydüm, kömək istədim, ancaq bütün kabinetlərdə mənə rədd cavabı verdilər. Axı bu təkcə Hafiz Məmmədovun yox, bütün ölkənin şərəfi idi! Təəsüf ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası Cahangir Hacıyevin çirkin oyunları sayəsində mənim biznesimə sarsıdıcı zərbə vuruldu. Bu işdə bəzi başqa məmurlar və biznesmenlər də iştirak etdi”-H.Məmmədov deyib.

“Hafka”nın bildirdiyinə görə, ona borclu olan bəzi adamlar və şirkətlər də vədlərinə xilaf çıxıblar, borclarını ödəməyiblər. “Mənim bütün şirkətlərim defolta yuvarlandı, banklarla problem başladı. Bu situasiyada klubu əldə saxlamaq üçün mənə kömək etməli idilər. Mən klubu Azərbaycanın istənilən oliqarxına güzəştə getməyə hazır idim, ancaq heç kim razılaşmadı. Beləliklə, biz “Lans”ı itirdik”-H.Məmmədov bildirib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG