Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:32

Əliyevlə Paşinyan avqustun 31-də görüşəcək


İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan. 22 may 2022
İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan. 22 may 2022

Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının iclası avqustun 30-da Moskvada keçiriləcək. Bu barədə Radio Azatutyun Ermənistanın Baş nazir müavini Mqer Qriqoryanın ofisindən məlumat alıb. Bir gün sonra isə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə bir araya gələcəyi gözlənir.

Bu, iki ölkənin baş nazir müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin sayca ikinci görüşü olacaq.

Komissiyaların ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədində keçirilib.

Tərəflər komissiyalar çərçivəsində delimitasiya, o cümlədən sərhəddə təhlükəsizliyin təminatıyla bağlı məsələlər üzrə işləməyə razılaşıblar.

***

Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüsseldə görüşəcək.

Məlumatı Ermənistan hökumətinin mətbuat xidməti təsdiqləyib.

“Nikol Paşinyan və İlham Əliyevin görüşündə daha öncə müzakirə olunmuş məsələlər durur”, – hökumətdən AzadlıqRadiosunun Ermənistan xidmətinə bildirilib.

Azərbaycan bu məlumatı hələlik, rəsmi nə təsdiq, nə təkzib edib.

Öncəki görüşlər

Bu il mayın 22-də Əliyevlə Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşüb. Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəliblər. Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər. Komissiyaların bir görüşü keçirilib.

Bu il aprelin 6-da da həmin üçlü formatda Brüsseldə görüş keçirilib. Onda da tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunub.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. O vaxtdan tərəflər arasında əsas vasitəçiliklə Rusiya məşğul olub.

XS
SM
MD
LG