Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:51

Cəbhəçi gəncin cəzası azaldıldı (Yenilənib)


Elvin Abdullayev
Elvin Abdullayev

►Həbs müddəti 2,5 ilə salındı

Ali Məhkəmə iyunun 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Elvin Abdullayevin kassasiya şikayətinə baxıb.

Məhkəmə ittihamı 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddədən daha yüngül 234.1-ci (qanunsuz narkotik saxlama) maddəyə dəyişib.

Cəbhəçi gəncin həbs müddəti 6 ildən 2,5 ilə endirilib.

Turan-ın xəbərinə görə, müdafiə tərəfi hökmlə razı olmadığını bildirib. E.Abdullayevin vəkilləri gəncə bəraət verilməsində israr edirdi.

“Bu qərarın nəyinə sevinim?”

Gənc fəalın anası Zülfiyyə Abdullayeva AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcəklər:

"Mənim övladım günahsızdır, şərlənib. Artıq bil il yarımdır ki, heç bir günahı olmadığı halda, həbsdədi. Bugünkü qərarın nəyinə sevinim? Özümün çəkdiyim əziyyətə, yoxsa Elvinin təhsilindən, hər şeydən kənarda qalmasına? Heç kimə də "sağ ol" düşmür. "Sağ ol" ancaq Elvinin özünə və bu günə qədər onun yanında olanlara düşür".

Elvin Abdullayev 2015-ci il yanvarın 8-də təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetindən imtahandan çıxıb evə gələrkən həbs olunub. İttihama görə, onun üzərindən 3 qram heroin tapılıb.

Gənc fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hökmün qüvvədə saxlanılması barədə qərar verib.

Elvin Abdullayev isə ittihamı rədd edir və "facebook"da hökumət əleyhinə tənqidi statuslarına görə, şərləndiyini bildirir.

Gəncin sözlərinə görə, tutulub Bakı Şəhər Baş Polis İdarəsinə aparıldıqdan sonra orada onunla “Facebook”dakı yazıları və siyasi baxışları barədə bir xeyli söhbət aparıblar. Gəncin deməsinə görə, fikrindən dönmədiyini görəndə isə qarşısına narkotik qoyub, üzərindən tapıldığını etiraf etməsindən ötrü ona işgəncə veriblər.

"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı Elvin Abdullayevi "vicdan məhbusu" elan edib.

Azərbaycan rəsmilər isə saxlanma və cəza çəkmə yerlərində işgəncələr verilməsi ilə bağlı deyilənləri təkzib edirlər.

Buna da bax: Ronaldo jurnalistin mikrafonunu gölə atdı

Ronaldo jurnalistin mikrofonunu gölə atdı
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun

Rusiya doğrudan da Qarabağ problemini həll etmək istəsə, Azərbaycana nə qayrarıla, əvəzində Rusiya nə istəyə bilər?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 22 iyun

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"
XS
SM
MD
LG