Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:59

Məhkəmədə: "Belə biabırçılıq olmaz axı..."


Adil İsmayılov
Adil İsmayılov

►Emin Millinin qaynının həbsilə bağlı məhkəmə istintaqı başa çatdı

Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun dörd aydır davam edən məhkəməsi yekunlaşmaq üzrədir.

Aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə istintaqının tamamlandığı elan olunub.

“NECƏ YƏNİ QƏRARLAR YOXDUR?”

Amma bundan öncə hakim Əfqan Hacıyev cinayət işinin istintaqına dair protokol və qərarların qeydiyyat kitabının alınması üçün Bakı şəhər Baş Polis İdarəsinə ünvanlanan sorğuya verilən cavabı elan edib.

Həmin sorğu Nazim Ağabəyovun vəkili Adil İsmayılovun vəsatəti əsasında göndərilmişdi.

Bakı şəhər Baş Polis İdarəsinin cavabında yazılıb ki, cinayət işinin istintaqına dair protokol və qərarların qeydiyyat kitabı yoxdur.

Bu cavab vəkil Adil İsmayılovu hiddətləndirib:

"Necə yəni qərarlar yoxdur? Elə də şey olar? İttiham aktının 1-ci və 58-ci səhifələrində qərarların adı çəkilir və tarixi də var. Necə ola bilər ki, qərarların qeydiyyatı kitabı olmasın? Ağıllarına gələni edirlər. Qərarların qeydiyyatı kitabı olmalıdır, qeydiyyata düşməlidir. Biabırçılıqdır, belə olmaz axı..."

___________________________________________________________

Bunlara da bax:
Tibb Universitetinə yeni rektor
“Facebook”da video axtarmaq asanlaşdı

___________________________________________________________

RƏSSAMLIQ AKADEMİYASI DA MÜRACİƏT EDİB

Ardınca Adil İsmayılov məhkəməyə Nazim Ağabəyovun iş yerindən xasiyyətnamə, qızının xəstəliyi ilə bağlı həkim rəyləri, həmçinin Rəssamlıq Akademiyasının Baş Prokurorluğa müraciətini məhkəməyə təqdim edib. Nazim Ağabəyovun atası, 75 yaşlı xalq rəssamı Mais Ağabəyovun da üzv olduğu Rəssamlıq Akademiyası müraciətində işin obyektiv araşdırılmasını xahiş edib.

Bundan sonra hakim məhkəmə istintaqının tamamlandığını elan edib. Dövlət ittihamçısı Fərid Nağıyev çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi aprelin 14-də prokurorun çıxışı ilə davam edəcək.

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb.

Nazim Ağabəyov ittihamı rədd edir və narkotikin üzərinə polislər tərəfindən atıldığını deyir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

Buna da bax: Emin Milli qaynının həbsinin səbəblərini açır

Emin Milli qaynının həbsinin səbəblərini açır
Gözlə

No media source currently available

0:00 0:09:18 0:00

"Qiymətlər düşür, amma müştəri yoxdur"

"Qiymətlər düşür, amma müştəri yoxdur"
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

XS
SM
MD
LG