Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:54

Eni, IELTS... Rusiyadan gedir


Moskvanın mərkəzi, 9 mart, 2022-ci il
Moskvanın mərkəzi, 9 mart, 2022-ci il

Rusiya ərazisində IELTS ingilis dili testləri də ləğv olunub. Bu imtahanla çoxsaylı xarici təhsil ocaqlarına qəbul üçün ingilis dili biliyinin səviyyəsi dəyərləndirilir

İtaliyanın Eni neft-qaz şirkəti Rusiyada neft və neft məhsullarının alışı üzrə yeni kontraktlar bağlamayacağını açıqlayıb. Bu qərar Rusiyanın Ukraynanı işğal etməsinə görə verilib.

Eni-dən öncə Britaniyanın British Petroleum və Britaniya-Niderland Shell şirkətləri Rusiya neft-qazı üzrə kontraktlar bağlamaqdan imtina edib.

Artıq ABŞ Nümayəndələr Palatası Rusiya neftinin idxalının yasaqlanması üzrə qanun layihəsini səs çoxluğu ilə qəbul edib. İndi sənədə Senatda baxılmalıdır.

Prezident Co Baydenin qərarını Britaniya və Avropa İttifaqının bəzi üzvləri dəstəkləyib.

Rusiyanın cavabı

Kremlin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, Rusiya sanksiyalara cavabında Avropaya xammal çatdırmağı dayandırmayacaq.

Qərbin sanksiyaları artıq Rusiyanı beynəlxalq ticarət və maliyyə bazarlarından təcrid edib. Artıq onlarla xarici şirkət bu ölkəni tərk etdiyini bəyan edir. Bu sıraya yeni qoşulanlar Mars Inc. heyvanlar üçün qida şirkəti, Alpen Gold, Milka, Toblerone, Halls, Picnic və Dirol kimi brendlərin aid olduğu Mondelez International, Rusiyada “Baltika” şirkətinin sahibi olan Niderlandın Carlsberg konserni, Yaponiyanın Toyota Motor avtokonsernidir. Sonuncu Rusiyada istehsalı və çatdırılması dayandırsa da, indilik, Rusiya bazarından çıxmadığını açıqlayıb.

Rusiya ərazisində IELTS ingilis dili testləri də ləğv olunub. Bu imtahanla çoxsaylı xarici təhsil ocaqlarına qəbul üçün ingilis dili biliyinin səviyyəsi dəyərləndirilir.

Google Rusiyada Google Play tətbiq mağazasını bağlayıb. Yalnız pulsuz tətbiqləri yükləmək mümkün olacaq. Səbəb kimi ödəniş sistemindəki problemlər göstərilib.

Mcdonalds, Coco-Cola, Pepsi və Starbucks kimi şirkətlər Rusiyadan getdi
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

300-dən çox şirkət

Martın 10-dan Visa və Mastercard xaricdə Rusiya kartlarına xidməti dayandırıb, Rusiyada isə iş adəti üzrə gedəcək.

Bundan başqa Amerikanın böyük şirkətlərindən olan Amazon Rusiya və Belarusa malların göndərilməsini dayandırıb.

Amazon Web Services Rusiya və Belarusdan yeni istifadəçiləri daha qeydiyyata almayacaq. Rusiyalı istifadəçilərin Amazon Prime Video xidmətinə çıxışı da kəsilib.

Yeyl universiteti Rusiyanın Ukraynaya hücumu başlanandan 300-dən çox xarici şirkətin Rusiyada fəaliyyətini dayandırdığını hesablayıb. Onların sırasında OBI, Estee Lauder Companies, McDonald's, Starbucks, Coca-Cola, Zara, Pull&Bear, Massimo Dutti, Bershka, Marks & Spencer, Mango, H&M və başqaları var.

XS
SM
MD
LG