Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:00

Lirəni saxlamağa xərclənən milyardlar – Qərb mediası


Türkiyədə valyutadəyişmə məntəqəsi
Türkiyədə valyutadəyişmə məntəqəsi

Ərdoğan az faizli kreditlər, ucuz valyuta və ucuz əməklə ölkəni Çindən sonra, Avropaya daha yaxın ikinci emal habına çevirməyi hədəfləyir

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğanın əmanətçilərə son müraciətindən sonra lirənin dollara qarşı məzənnəsi sabitləşib. “The Financial Times” qəzeti türkiyəlilərin hökumətin lirəni möhkəmləndirmək planından arxayın olmadığını yazır.

Hökumətin bir təklifi belədir ki, lirə əmanətləri valyuta kursuna uyğun indeksləşdirilir, lirənin məzənnəsində azalma hesabdakı faiz dərəcəsini üstələyərsə, Xəzinədarlıq itkini kompensasiya edir. İkinci təklifi mərkəzi bank dəstəkləyir, xarici valyutadakı əmanətlərini lirəyə çevirmək istəyənlərə oxşar bonuslar təklif edir.

Ərdoğanın hakim AKP partiyasının Mələk adlı tərəfdarı bu çağırışa qoşulmayacağını deyib. “Mənim üçün çox mürəkkəbdi, buna getmərəm”, – deyən 60 yaşlı evdar qadın əmanətini qızıl şəklində evində saxlayacağını vurğulayıb.

Təhlilçilər isə hökumətin təkliflərini valyutanı sabitləşdirmək üçün tipik addım hesab etmirlər. “S&P” reytinq agentliyinin suveren reytinqlər üzrə direktoru Maksim Rıbnikovun fikrincə, bu sxem, xarici valyuta bazarındakı dəyişikliklərdən asılı olaraq, hökumətə və mərkəzi banka baha başa gələ bilər.

Qəzet türkiyəlilərin pulunu dollar, avro və qiymətli daşlarda saxladığını yazır. Hökumət rəsmiləri evlərdə “yastığın altında” milyardlarla dollarlıq qızıl olduğunu deyir. Lirənin məzənnəsinin sürətlə dəyişdiyi bir vaxtda isə dollarlaşma güclənib, ümumi depozitlərin 60 faizindən çoxu xarici valyutadadır.

Adının çəkilməsini istəməyən bir türkiyəli təhlilçi əmanətçilərin hökumətin iqtisadi siyasətinə inanmadığını deyib: “Əlində real dollar saxlaya bilirsənsə, niyə Ərdoğan dollarına keçməlisən ki?”

Bazara müdaxilə dayanmır

“The Financial Times” digər yazısında həftənin əvvəlindən Türkiyənin xarici valyuta ehtiyatlarının bir neçə milyard dollar azaldığını yazır. Görünür, bazara aqressiv müdaxilə ilə lirənin məzənnəsini rekord aşağı səviyyədən qaldırmağa çalışırlar.

Qəzet mərkəzi bankın datasına əsasən, həftənin ilk iki günündə ölkənin təmiz xarici valyuta aktivlərinin 5.9 milyard dollar azalaraq -5.1 milyard dollara düşdüyünü hesablayıb.

Mərkəzi bank isə bu həftə bazara rəsmi intervensiya barədə açıqlama verməyib, lirəni dəstəkləməkdən ötrü dollar satıb-satmadığını da şərh etməyib. Qəzet isə xarici aktivlərin azalmasını məhz lirənin dirçəldilməsi cəhdləri ilə izah edir.

Mərkəzi bankın keçmiş rəsmisi Uğur Gurses lirənin məzənnəsindəki 50 faizlik atımı qismən “arxa qapıdan böyük müdaxilə” ilə izah edib.

Londonda yaşayan bir təhlilçi həmin günlərdə 6.9 milyard dollarlıq intervensiyanın həyata keçirildiyini hesablayıb. Türkiyəli bankirlər isə “Ərdoğanın açıqlamasının yaxşı görünməsindən ötrü çox koordinasiyalı və aqressiv cəhd”dən danışıblar.

Bazar ertəsi dollara qarşı 18.4-ə düşən lirə sonradan 12 civarında sabitləşib. Son həftələr lirənin kəskin ucuzlaşmasına mərkəzi bankın uçot dərəcəsini sentyabrdan bəri 500 bənd azaltması səbəb olub.

Təhlilçilər bu həftəni də nəzərə almaqla bu ay mərkəzi bankın bazara ümumilikdə 15-17 milyard dollarlıq müdaxilə etdiyini bildirirlər.

Qazananlar, itirənlər

Prezident Ərdoğan “iqtisadi azadlıq müharibəsi” aparır, indilik itirənsə onun ölkəsinin vətəndaşları olub. Bunu isə “Politico” dərgisi yazır.

Türkiyənin cənub-şərqində bir tikinti şirkətinin rəhbəri deyib ki, hökumət özünün iqtisadi siyasəti ilə “ictimaiyyəti bilərəkdən yoxsullaşdırır”. O, əsas məhsulların qiymətini hesablayanda, işçilərinin əməkhaqlarının yarıbayarı azaldığını qeyd edib.

“Adamlar kasıblayanda sonucda onları var-yoxdan çıxaranın yanında gedib bunun əvəzini tələb edəcəklər”, – deyən şirkət başçısı Ərdoğanın 2023-cü ilin ortasına gözlənən seçkidə mübarizə aparmalı olacağı haqda xəbərdarlıq edib.

Bolqarlar ucuzluğa görə Türkiyəyə axışır
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Ərdoğan az faizli kreditlər, ucuz valyuta və ucuz əməklə ölkəni Çindən sonra, Avropaya daha yaxın ikinci emal habına çevirməyi hədəfləyir.

Bu il Türkiyədə 9 faiz ÜDM artımı proqnozlaşdırılır ki, bu dünyada yüksək göstəricilərdən sayılır. Nəzəri baxımdan, ixraca əsaslanan iqtisadiyyata nağd pul axını güclənməli, yeni iş yerləri yaranmalı, bizneslər qazanmalı, Ərdoğanın yenidən seçilmək şansı artmalıdır.

Ancaq dərgi Anadoluda sənayeçilər və ticarətçilərin artan bərabərsizlikdən narahat olduğunu yazır.

Erməni kəndlilər Türkiyə ilə sərhədin acılmasını istəyirlər
Gözlə

No media source currently available

0:00 0:14:21 0:00

Tikinti şirkətinin rəhbəri son aylar poladın iki dəfə bahalandığını, onun da nəticədə yeni mənzillərin qiymətini artırdığını deyib. Sonucda əmlaklar daha yavaş satılır.

“Belə getsə, dövlət qulluqçusu kimi ortabab şəxsin ev alması xeyli çətinləşəcək”, – o deyib.

Tikinti materiallarının ixracı sahəsində isə vəziyyət fərqlidir. 2020-ci ildə bu sektor rekord 60 milyon ton məhsul ixrac edib. Tikinti materialı istehsalçıları sentyabrda 3.11 milyard dollarlıq məhsul ixrac etdiklərini bildiriblər.

XS
SM
MD
LG