Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Rusiya Erdoğanın "İslam Dövləti" qrupundan neft aldığını deyir


Erdogan və Putin
Erdogan və Putin

Rusiyanın müdafiə nazirliyi Türkiyə prezidenti Racep Tayyip Erdogan və ailəsini “İslam Dövləti” qrupu ilə qanunsuz neft alverində ittiham edib.

Nazirliyin nümayəndəsi dekabrın 2-də Moskvada keçirdiyi brifinqdə bildirib ki, nazirlik “İslam Dövləti” qrupundan Türkiyəyə yanacaq göndərilən 3 yol bilir.

Rəsmilərin sözlərinə görə, peykdən çəkilən görüntülər neft daşıyan maşınların Suriyadan Türkiyəyə keçdiyini göstərir.

Türkiyə hərbi-hava qüvvələrinin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Ankara təyyarənin onun hava məkanını pozduğunu deyir.

Rusiya isə təyyarənin Suriya ərazisində vurulduğunu təkid edir.

XS
SM
MD
LG