Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:19

‘Acından ölən’ Ermənistan və 'ölməyən' Azərbaycan...


Əli Kərimli
Əli Kərimli

«“Acından ölən” Ermənistanda hərbçilərə ölüm, yaxud birinci dərəcəli əlillik halında 21 min dollar (37 min manat), ikinci dərəcəli əlillik halında həmin məbləğin yarısı qədər birdəfəlik ödəniş nəzərdə tutulur. Bundan başqa, 20 il ərzində hər ay sığorta pulu da ödəniləcək».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə yazib.

Buna da bax:​ İlham Əliyev: 'Qarabağda ermənilər səfalət içində yaşayır'

Partiya sədri bildirib ki, Ermənistan hökuməti bununla bağlı qanun layihəsi hazılayaraq parlamentə təqdim edib.

Əli Kərimli Azərbaycan hökumətinin Qarabağ uğrunda döyüşlərdə əlil və həlak olanlara laqeyd münasibət bəslədiyini vurğulayıb.

“Bizim zəngin və analoqsuz ölkəmizdə isə şəhid valideynlərinin əksəriyyəti övladlarının cəmi 11 min manat olan “qanpulunu” 20 il ərzində ala bilməyib, səfalət içində bu dünyadan köçüblər, ya da son günlərini yaşayırlar. Onlarla Qarabağ qazisi isə müalicə olunmağa, ailəsini dolandırmağa pul tapa bilmədiyindən intihar edib. Dünyadan ədalət istəyən insanlar ilk növbədə öz hökumətlərindən ədalət tələb etməyi bacarmalıdır”, Ə.Kərimli qeyd edib.

Buna da bax: Hərbi vəziyyət haqqında Qanun dəyişdirilir

Azərbaycanda sözügedən sahəni “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun tənzimləyir.

Həmin qanuna görə, Azərbaycan ordusunun əsgər və zabitləri yaralananda və ya həlak olanda ona sığorta haqqı verilməlidir. Həlak olanların ailəsinə, əlillərin isə özünə sığorta pulu verilir.

Döyüşlərdə həlak olan şəxsin ailəsinə 11 min manat sığorta pulu verilməlidir. Birinci qrup əlil olanlara həmin məbləğin 80, ikinci qrup əlil olanlara 60, üçüncü qrup əlillərə isə 40 faizi ödənilməlidir.

Buna da bax:​ Ermənistan hökuməti gələn il öləcək hərbçiləri indidən düşünür

Qeyd olunan məbləğlərin ödənilməsində problemlər var. Hərbçi birlikləri sığorta haqlarının ödənilməməsinə görə, yerli məhkəmələrin 500-dən artıq qərarının olduğunu bildirir.

XS
SM
MD
LG