Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:50

Ermənistan KTMT-nin iclasını çağıracaqmı?


Ermənistanın Syunik vilayətində
Ermənistanın Syunik vilayətində

Azərbaycan hərbi hərəkətləri ilə Ermənistanın Syunik vilayəti üzərində nəzarətini qurmaq istəyir.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bunu Ermənistan Milli Məclisi müdafiə komissiyası sədrinin müavini Armen Xaçatryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) parlamentlərinin müdafiə komissiyalarının iclasında deyib.

O habelə iddia edib ki, Naxçıvanda Türkiyə birləşmələrinin hesabına Azərbaycan Silahlı Qüvvələrinin kontingenti arta bilər:

“Azərbaycan Ermənistanın suveren ərazisinə iddialarını açıq şəkildə bildirir və ölkənin cənubundakı Syunik vilayətində nəzarəti ələ almaq məqsədilə fəal hərbi hərəkətləri davam etdirməyə hazırdır. Bu Azərbaycana Naxçıvan Muxtar Respublikası və onun vasitəsilə Türkiyə arasında əlaqə yaratmaq imkanı verə bilər və o bunun nəticəsində Dağlıq Qarabağın təcrid olunmuş ərazisi üzərində tam nəzarətə malik ola bilər. Biz Azərbaycan Silahlı Qüvvələrinin döyüş potensialının Türkiyə birliklərinin hesabına artmasını istisna etmirik...”

Azatutyun yazır ki, Xaçatryan onun iddiasına görə Azərbaycanın Ermənistanın suveren ərazisinə daxil olduğu bir vaxtda KTMT-nin susqunluğunu və hərəkətsizliyini sərt tənqid edib və təşkilatın niyə heç bir hərbi addım atmamasının və hətta Ermənistana humanitar yardım göstərməməsinin səbəbini soruşub:

“Niyə Ermənistana hərbi yardım göstərilməsinin istisna olunmasına dair qərar çıxarılıb. Nə üçün müttəfiq ölkəyə qarşı təcavüzə və onun ərazisinin işğlal olunmasına heç olmasa bəyanatlar səviyyəsində reaksiya yoxdur? Nə üçün Ermənistanın suveren ərazisi “mübahisəli ərazi” adlandırılır?..”

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

“Bəzi üzvlər Azərbaycanı dəstəkləyirlər”

Xaçatryan əlavə edib ki, bəzi KTMT müttəfiqləri Azərbaycanı dəstəkləyirlər. Onun sözlərinə görə bu, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin bugün (oktyabrın 24-də) Yerevanın mərkəzində etiraz aksiyası keçirməsinə səbəb olub.

Ermənistan Milli Məclisi müdafiə komissiyası sədrinin müavini xatırladıb ki, KTMT müqaviləsinin 4-cü bəndinə əsasən blokun bir üzvünə qarşı təcavüz bütün üzvlərə qarşı təcavüz sayılır və onlar indiki halda Ermənistana dəstək verməlidirlər.

Azatutyun yazır ki, rəsmi Yerevan KTMT üzvlərinin Azərbaycanın Ermənistana müdaxilə ilə təcavüz törətdiyini bəyan etmələrini son dərəcə mühüm hesab edir.

Azatutyun qeyd edir ki, onun “Ermənistan KTMT şurasının növbədənkənar iclasını çağırmaq niyyətindədirmi” sorğusuna Ermənistan XİN belə cavab verib:

“Bu kontekstdə Ermənistan dövləti müttəfiqlərinin vəziyyətin siyasi qiymətləndirilməsi ilə çıxış etməsi çox mühümdür. İlk növbədə başa düşmək lazımdır ki, təşkilat bu situasiyanı, yəni Ermənistana qarşı təcavüzü və onun suveren ərazisinə müdaxiləni tanıyırmı?”

KTMT üzvlərinin siyasi qiymət verməsi lazımdır

Avropa İttifaqı müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdiriləcəyi məlum olandan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov buna reaksiya vermişdi.

O demişdi ki, Moskva artıq bir aydır KTMT-nin müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədinə göndərilməsinə dair təklifi irəli sürülüb və indi tələb olunan yeganə məqam KTMT Şurasının müvafiq qərarıdır. Lavrov xatırladıb ki, KTMT-nin sədr ölkəsi kimi sözü gedən iclası Ermənistan çağırmalıdır.

Gürcüstan və Ermənistan Azərbaycandan öndə
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Azatutyunun “belə bir təklif olubmu və olubsa, niyə tədbir görülməyib” sualının cavabında Ermənistan XİN bildirib:

“KTMT-nin ilkin müşahidə və ya fakttoplama missiyasının əməkdaşları artıq hesabat hazırlayıblar. Hesabat bütün üzv ölkələrə verilib. Katiblik də hesabatın əsasında qərar layihəsini yayıb. Eyni zamanda bildiririk ki, şifahi müzakirələr yolu ilə müəyyən etməyə cəhd göstərilir ki, KTMT şurasının müşahidə missiyası göndərilməsi məsələsini də müzakirə edəcək iclası nə vaxt çağırırla bilər. Hazırda bu barədə dəqiq qərar yoxdur, müzakirələr gedir. Şuranın iclası olmalıdır”.

Ermənistan XİN əlavə edib ki, bu konteksdə KTMT-nin Azərbaycanın “Ermənistana qarşı təcavüzünə və Ermənistan ərazisinə müdaxiləsinə” siyasi qiymət verməsi mühümdür.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG