Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:51

“Əsrin Müqaviləsi”ndən Azərbaycan nə qədər qazanıb, bilirsinizmi?


"Əsrin müqaviləsi" bağlanan zaman
"Əsrin müqaviləsi" bağlanan zaman

“Əsrin müqaviləsi” ölkəyə hələ bir neçə il gəlir gətirəcək

Təyinatla neft-qaz çıxarma sahəsinə gəlib. 21 yaşlı gənc oğlandır, yaxşı neftçi olacaq, ev alacaq, ailə quracaq, – arzuları ona qol-qanad verib. Ancaq çıxardığı neftin bir gün bütöv bir ölkənin əsas gəlirinə çevriləcəyini heç ağlına da gətirməyib...

Bibiheybət neft-çıxarma idarəsinin ustası, indi 57 yaşında olan Zabit Hüseynovun ilk arzularının doğmasından 35 il keçir. “Yaxşı neftçi oldum” deyir, əlavə edir ki, əməyinin bəhrəsini isə son iki ildə görür: “İndiyə kimi yataqxanada yaşayırdım, Sahil qəsəbəsindən 3 otaqlı ev verdilər, təmirlidi, yaxşıdır. İndi “Neftçilər günü”dür, məni də çağıracaqlar, eşitmişəm 200 manat mükafat verəcəklər”.

Buna da bax:​ Rövnəq Abdullayev 22 ilin uğurlarından yazdı

“Neft gəlirləri olmasaydı, Azərbaycan milyardlarla vəsaiti kənarda axtarmalı olacaqdı”

Zabit Hüseynov ayda 700 manat civarında maaş alır. Əmək haqqından gileyli deyil, danışır ki, ötən illərdə öz hesabına Pyatiqorskiyə sanatoriyaya gedib, müalicə alıb, qayıdanda neft şirkəti xərclərinin 25 faizini qarşılayıb: “Tibbi sığortam da var, bir yerim ağrıyan kimi həkimə gedirəm, pulsuz müalicəmi alıram”.

Bəs 22 il öncə bağlanan “Əsrin Müqaviləsi”ndən Azərbaycan nə qədər qazanıb, bilirsizmi? Zabit Hüseynov başını bulayır: “Mən hardan bilim? Amma gəlir gətirib, biz də bəhrəsini yeni-yeni görürük”.

“Milyardlar yollarda, körpülərdədir”

Bəs 22 il öncə bağlanan “Əsrin Müqaviləsi”ndən Azərbaycan nə qədər qazanıb, bilirsizmi?

Azərbaycan Azəri-Çıraq-Günəşli (AÇG) yataqları üzrə “Əsrin Müqaviləsi”ndən 125 milyard dollar qazanıb, onun 90 milyard dollarını xərcləyib. İqtisadçı Qubad İbadoğlu 22 ilin gəlir-çıxarını hesablayır:

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Bu müqavilə iqtisadi baxımdan inkişafdan ötrü vacib maliyyə resurslarında təminat rolunu oynadı, ancaq əldə edilən gəlirlərdən düzgün istifadə edilmədi. Fikrimcə, gəlirlərdən elə istifadə etmək olardı ki, gələcək nəsillərə də maliyyə qaynağı kimi çıxış edərdi”.

Buna da bax:​ Göyə sovrulan milyardlar, işsizlik və artan qiymətlər...

Azərbaycan Azəri-Çıraq-Günəşli yataqları üzrə “Əsrin Müqaviləsi”ndən 125 milyard dollar qazanıb...

Qubad İbadoğlu vurğulayır ki, əgər “Əsrin Müqaviləsi” imzalanmasaydı, neft sənayesində infrastrukturu yenidən qurmaq olmazdı, Bakı-Ceyhan boru kəməri çəkilməzdi. O hesab edir ki, milyardlar, əsasən, yollarda, tunellərdə, körpülərdə və digər infrastruktur obyektlərdə görünür, ancaq bunlarda da keyfiyyət məsələsi problem kimi ortaya çıxır. İqtisadçı təəssüflə vurğulayır ki, neft gəlirləri iqtisadiyyatda böyük rol oynayan, əlavə dəyər yaradan, bütövlükdə inkişafa töhfə verən layihələrə imza atmadı: ‘“Qara qızılı insan kapitalına çevirək” şüarı ortaya atıldı, mənası o idi ki, ölkədə bilik iqtisadiyyatı qurulsun, amma bu baş vermədi’.

“Əsrin Müqaviləsi” imzalanmasaydı, neft sənayesində infrastrukturu yenidən qurmaq olmazdı, Bakı-Ceyhan boru kəməri çəkilməzdi..."

Qubad İbadoğlu hesab edir ki, neft gəlirlərinin axdığı infrastruktur obyektləri zaman keçdikcə büdcədən əlavə xərclər tələb edəcək, o, zamanla yolların, körpülərin təmir-bərpasına ehtiyac yaranacağını deyir.

“AÇG” müqaviləsi 2024-cü ilə qədər bağlanıb, daha 5 il də uzadıla bilər. İqtisadçı hələ bir müddət də ölkənin “Əsrin müqaviləsi”ndən gəlir əldə edəcəyini deyir, amma onu da vurğulayır ki, dünya bazarında neftin qiyməti maya dəyərindən aşağı düşərsə, o zaman ziyandan danışmaq olar.

Buna da bax:​ Azərbaycan neft hasilatını dayandıra bilər?

“…əgər ölkəyə xarici kapital gəlməsəydi”

"...neft gəlirləri iqtisadiyyatda böyük rol oynayan, əlavə dəyər yaradan, bütövlükdə inkişafa töhfə verən layihələrə imza atmadı..."

İlham Şaban
İlham Şaban

“Əsrin müqaviləsi” Azərbaycana xeyir verdi, ya ziyan? “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu sualın cavabında müxtəlif baxışları incələyir, deyir, bəziləri ölkə neftinin istismarında xarici şirkətlərə yol açmağı düzgün saymasa da, reallıq başqa mənzərə yaradır: “Məsələ bundadır ki, Azərbaycan xaricilərə lazımi investisiya mühitini yarada bilməsəydi, bəlkə 10 il gözləsəydi də, yataqlarının işlədilməsinə gərəkən on milyardlarla dollarlıq vəsaiti tapa bilməyəcəkdi. Çünki dünya bazarlarından qapalı məkanda yerləşən qeyri-stabil, qeyri-bazar imicində olan bir ölkənin riski investorlardan ötrü o zaman həddən artıq yüksək idi”.

"Azərbaycanın şirkətlərə münbit şərait yaratması, bir-birinin ardınca müqavilələr bağlaması multieffekt verdi".

İlham Şaban vurğulayır ki, Azərbaycanın şirkətlərə münbit şərait yaratması, bir-birinin ardınca müqavilələr bağlaması multieffekt verdi: ‘“Əsrin Müqaviləsi”ndə iştirak edən neft nəhəngləri bir mayak kimi digər orta şirkətlərin də Bakıya gəlməsinə maraq oyatdılar. Nəticədə 10 ildə ancaq kəşfiyyat sahəsinə 1 milyard investisiya cəlb edildi. Ancaq cəmi bircə Şahdəniz yatağı tapıldı, digər geoloji məlumatlar isə Azərbaycanın mülkiyyətinə çevrildi’, müsahibimiz vurğulayır.

“125 milyarddan 35 milyarda”

Ekspertin sözlərinə görə, 1992-2015-ci illərdə Azərbaycanda 616,1 milyon ton əmtəəlik neft və kondensat hasil edilib ki, bunun da 385,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokundan, 17,1 milyon tonu isə “Şahdəniz” yatağından çıxarılıb: “Yəni müasir texnologiyalar olmasaydı, hesab edin ki, 3 milyard bareldən artıq bir sərvət indi Xəzərin dərin qatlarında “yatırdı” və ölkə də bundan heç nə qazanmamışdı”.

Buna da bax:​ 'Hətta sosial şəbəkələrin səhmləri belə bundan çox gəlirə zəmanət verir...'

"1992-2015-ci illərdə Azərbaycanda 616,1 milyon ton əmtəəlik neft və kondensat hasil edilib ki, bunun da 385,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokundan, 17,1 milyon tonu isə “Şahdəniz” yatağından çıxarılıb".

İlham Şaban deyir ki, bir çoxları Azərbaycanın mənfəətinin az olduğunu iddia edirlər. Onun fikrincə, “Əsrin Müqaviləsi” Azərbaycana ancaq qazandırıb: “Neft Fondu 2001-ci ilin iyununda işə başladı. O zaman Fondun hesabında 271 milyon dollar vəsait vardı. 2001-2015-ci illərdə Neft Fonduna ümumilikdə 124,90 milyard vəsait daxil olub. 2016-cı ilin iyulun 1-nə olan məlumata görə, Fondda 35,117 milyard dollar qalıb. Bundan əlavə, neft sektorunda çalışan şirkətlərin dövlət büdcəsinə ödədiyi həcmi milyardlarla ölçülən vergisi də var”.

“Qazansaydıq, indi işsizlik olmazdı”

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

Neft Fondu ölkənin ikinci dövlət büdcəsinə çevrilib. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü Mirvari Qəhrəmanlı belə hesab edir. Onun fikrincə, ölkəyə gələn milyardlar göyə sovrulub.

"...ölkəyə gələn milyardlar göyə sovrulub".

Samir-Abşeron kanalı, Oğuz-Bakı su kəməri... Mirvari Qəhrəmanlı neft gəlirləri əsasında həyata keçirilən və dəyəri milyonlarla dollar ölçülən layihələri sadalayır. Deyir, bu layihələrin monitorinqini apardıqdan sonra məlum olub ki, neft gəlirləri ədalətli və şəffaf xərclənməyib və gələcək nəsillərə bu neft gəlirlərindən nəsə çatacağını söyləmək sadəlövhlük olar. Müsahibimiz hesab edir ki, neft gəlirlərindən Azərbaycan xalqı faydalana bilmədi, “faydalansaydı, indi işsizlik olmazdı, indi dollara göz dikib durmazdıq”.

Buna da bax:​ 90-cı illərin iqtisadiyyatına qayıdış?

M. Qəhrəmanlı yada salır ki, onlar bir neçə il öncədən neft gəlirlərinin azalacağını bəyan ediblər və hökuməti çağırıblar ki, gəlirləri qeyri-neft sektorunun dirçəldilməsinə yönəltsinlər: “Amma onlar qeyri-neft sektorunu dirçəltmədilər. Neftqayırma, cihazqayırma zavodları olmadı. Neft Fondu ölkənin ikinci dövlət büdcəsinə çevrildi. İndi pambıqdan danışırlar, “Şahdəniz” qazına göz dikiblər. Halbuki, qeyri-neft sektorunu inkişaf etdirməyə kifayət qədər maliyyə və zaman vardı”, o, əlavə edir.

“İnsanların ürəyindəndir ki...”

“Ancaq neftə bel bağlamaq olmaz, biz qeyri-neft sektorunu inkişaf etdirməliyik”.

Milli Məclisin üzvü Tahir Rzayev isə, əksinə, hesab edir ki, neft gəlirləri olmasaydı, qeyri-neft sektorunu inkişaf etdirmək olmazdı, Azərbaycan milyardlarla vəsaiti kənardan axtarmalı olardı.

Deputat vurğulayır ki, “Əsrin Müqaviləsi” Azərbaycanı dünyaya tanıtdı və sürətlə inkişaf yoluna qədəm qoydu: “Ancaq neftə bel bağlamaq olmaz, biz qeyri-neft sektorunu inkişaf etdirməliyik”.

Tahir Rzayev
Tahir Rzayev

Tahir Rzayev deyir, deputat seçildiyi bölgədə də aqrar sahənin inkişafı ilə bağlı bir neçə gündür ki, təbliğat aparır: “Kənd təsərrüfatı sahəsinin inkişafı insanların ürəyindəndir. Baramaçılıq, pambıqçılıq, taxılçılıq... bunlar ölkəyə gəlir gətirəcək”.

Buna da bax:​ Neftin hansı qiyməti Azərbaycan üçün «qırmızı xətt»dir?

"Baramaçılıq, pambıqçılıq, taxılçılıq... bunlar ölkəyə gəlir gətirəcək”.

22 il əvvəl sentyabrın 20-də müstəqil Azərbaycan Respublikası xarici şirkətlərlə Hasilatın Pay Bölgüsü Sazişi (Production Sharing Agreement – PSA) tipində ilk müqaviləsini imzalayıb. Bundan az sonra Azərbaycanda neft hasilatında artım qeydə alındı və bu artım bir neçə il yüksələn xətlə davam etdi.

Amma ölkəyə gələn iri neft pulları dövlət büdcəsini neftdən asılı vəziyyətə saldı. Hazırda hər il dövlət büdcəsinə Neft Fondundan milyardlarla manat transfer olunur və dünya bazarında neftin qiymətinin kəskin düşməsi ölkə iqtisadiyyatını böhranla üzləşdirib.

XS
SM
MD
LG