Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:16

Zakir Qaralovun təklifləri pislənir...


Zakir Qaralov və Facebook. Karikatura. Gündüz Ağayev
Zakir Qaralov və Facebook. Karikatura. Gündüz Ağayev

ATƏT-in Media Azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç diffamasiya haqqında qanunvericilikdə islahatlar aparılmasından ötrü Azərbaycan hakimiyyətinə yenidən müraciət edib.

D.Miyatoviç Azərbaycandan böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvini gözlədiklərini ifadə edib. O, Azərbaycanın baş prokurorunun böhtan və təhqirə görə, cinayət məsuliyyətinin daha da zənginləşdirilməsini nəzərdə tutan qanunvericilik təkliflərini pisləyib.

Buna da bax:​ 'Azərbaycanda 1-ci şəxsin monarx səviyyəsinə yüksəldilməsi müşahidə edilir'

“Düzəlişlər qəbul olunarsa, bu, ölkədə söz və KİV azadlığının vəziyyətinə dair yeni mənfi siqnal olacaq. Mən hakimiyyəti bir daha Azərbaycanda diffamasiya barədə çoxdankı vədini yerinə yetirməyə çağırıram”, - D.Miyatoviç vurğulayıb.

Baş prokuror Zakir Qaralov Milli Məclisə qanunvericilik təşəbbüsü ilə müraciət edib. Onun təkliflərində prezidentin şərəf və ləyaqətini ləkələməyə, alçaltmaya görə məsuliyyətin ağırlaşdırılması istənilir.

Buna da bax: Prezidentin şərəf və ləyaqəti maddəsi ağırlaşdırılır

Baş prokurorun digər təklifi Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta adlar, profil və ya hesablardan istifadə edərək, böhtan atma və ya təhqir etmə) maddəsinin salınması ilə bağlıdır. Həmin maddəyə görə, saxta adlarla böhtan və ya təhqirə görə 1000 manatdan 1500 manatadək cərimə nəzərdə tutulur. Üstəlik, həmin şəxs 360 saatdan 480 saatadək ictimai iş, yaxud 2 ilədək islah işləri və ya 1 ilə qədər həbs cəzası ala bilər.

XS
SM
MD
LG