Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:08

“Fitch” də Azərbaycanın reytinqini “mənfi”də saxladı


Fitch-in Nyu Yorkdakı ofisi, ABŞ
Fitch-in Nyu Yorkdakı ofisi, ABŞ

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.

Agentliyin press-relizində bildirilir ki, Azərbaycanın uzunmüddətli defolt reytinqi BB+ səviyyəsində saxlanılıb. Bu səviyyə olduqca zəif, “spekulaytiv” hesab olunur.

Azərbaycanla bağlı reytinq üzrə agentliyin proqnozu yenə də mənfidir.

“Fitch” Azərbaycanla bağlı qiymətləndirmə zamanı nəzərə aldığı faktorları da açıqlayıb. Agentlik hesab edir ki, Azərbaycanda makroiqtisadi sabitliyin yaxşılaşdırılması və maliyyə sektorundakı zəifliyin azaldılması siyasətinə cavabdehlik dolğun deyil.

Bundan başqa büdcənin neft qiymətlərindən asılılığına da diqqət ayrılır.

Buna da bax: SOCAR niyə borc içindədir? [ekspert rəyi]

Karbohidrogen ehtiyatlarının qiymətlərində davamlı azalmanın müşahidə olunması da reytinqin müəyyən edilməsində əsas faktorlardan hesab olunur.

Agentlik məlumatında həmçinin, Azərbaycanda geniş ictimai və siyasi sabitliyin davamlılığını proqnozlaşdırır. Hesab edir ki, Dağlıq Qarabağ münaqişəsində iqtisadi və maliyyə sabitliyinə təsir göstərəcək dərəcədə gərginlik gözlənilmir.

“Fitch” bundan öncə Azərbaycanın reytinqinə bir il əvvəl, 2016-cı ilin avqustunda baxaraq endirmişdi. Agentlik elə həmin vaxt Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini “BB+”, proqnozu isə «neqativ» olaraq müəyyənləşdirmişdi.

Bu günlərdə, iyulun sonunda digər nüfuzlu reytinq agentliyi Standard and Poor’sdə Azərbaycanın reytinqini dəyişmədən saxlamışdı.

Standard and Poor’s Azərbaycanın uzunmüddətli, qısamüddətli xarici və milli valyutada reytinqini 'BB+/B' səviyyəsində (“spekulyativ”, yaxud “zibil” səviyyə) saxlamışdı. Reytinq mənfi proqnozlu idi.

XS
SM
MD
LG