Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:53

Ötən ay ixrac yarıbayarı azalıb


Yük maşınları.
Yük maşınları.

-

Bu ilin yanvarında Azərbaycanın xarici ticarət həcmi 2015-cü ilin eyni dövrüylə müqayisədə 40.62 faiz azalıb. Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumata görə, idxal 22.95%, ixracsa, az qala, yarıbayarı (48.57%) aşağı düşüb.

10 DƏFƏ AZ AVTOMOBİL GƏTİRİLİB

Avtomobil idxalında kəskin azalma diqqət çəkir. 2015-cü ilin yanvarında 4 min 90 avtomobil idxal olunmuşdusa, bu ilin yanvarında cəmi 437 ədəd avtomobil gətirilib.

Əsas malların ixracında azalma faizləri:

Xam neft – 48.63 %

Neft məhsulları – 43.5%

Təbii qaz – 45.19 %

Bitki və heyvan mənşəli piy və yağlar – 89.54%

Şəkər – 52,12%

Spirtli və spirtsiz içkilər – 37.93%

Alüminium və ondan hazırlanan məmulatlar - 17.58%.

XARİCƏ PAMBIQ İPLİYİ İXRACI 4 DƏFƏDƏN ÇOX ARTIB

Əsas ixrac mallarından qara metal və ondan hazırlanan məmulatlar – 203.37%, pambıq iplik – 445.74%, plastmas və onlardan hazırlanan məmulatlar – 22.97%, meyvə-tərəvəz – 9.62%, çay – 80.39% artıb.

MEYVƏ-TƏRƏVƏZ İDXAL LİDERİDİR

İdxalda əsas mallardan yalnız üçündə artım olub: meyvə-tərəvəz – 142.53%, bitki və heyvan mənşəli piylər və yağlar – 91.47%, şəkər – 70.63 %.

Buğda və ət idxalının azalması diqqət çəkir. Ötən ilin yanvarıyla müqayisədə ölkəyə 63.15% çox buğda və 21.93% çox ət gətirilib. Heç sözsüz, dekabr devalvasiyasının da təsiriylə əczaçılıq məhsulları idxalı 10.76%, mebel və hissələrinin gətirilməsi 49.23% azalıb.

XS
SM
MD
LG