Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:02

Göyəmli ailə: '5 ildir küçələrdəyik'


Zaqatala zəlzələdən sonra
Zaqatala zəlzələdən sonra

Zaqatalanın Göyəm kəndində yaşayan Bəsti Anayeva 5 ildir ailə üzvləri ilə birlikdə evindən didərgin düşdüyünü deyir.

2011-ci ildə rayonda baş verən zəlzələnin fəsadları bu ailədən də yan ötməyib. Evin bir hissəsi dağılıb. O vaxtdan bəri ailə Bakıda ucuz qiymətə ev kirayələyib yaşayır. Bəsti Anayeva hər dəfə rayona gedəndə, yolunu mütləq icra hakimiyyətindən saldığını və evinin taleyi ilə maraqlandığını bildirir:

“Elə ailələr var ki, çağırıb pul verdilər, onlar da evini təmir-bərpa elədi. Bizsə hər dəfə kənarda qaldıq”.

Buna da bax:​ Zaqatalada evi qəzalı qalanlar var

“Mən də həmin kənddənəm”

Sevinc Qasımova da eyni kənddəndir. Evi qəzalı vəziyyətdə olduğundan, rayonda qohumlarından birinin evinə sığınıb. Deyir, düz 5 ildir kiminsə evində “qonaq olmaqdan” xəcalət çəkir:

“Bizə yardıma milyonla pul ayrıldı, bir qəpiyi də bizə çatmadı. Evimiz qəzalı vəziyyətdədir, onun-bunun qapısında qalırıq. Zəlzələdən bir gün sonra məmurlar ev-ev gəzib söz verdilər ki, hər şey yüksək səviyyədə həll olunacaq. Ancaq bu günəcən evsiz-eşiksiz qalmışıq”.

Sevinc Qasımova zəlzələdən sonra Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) əməkdaşlarının onun evinə dəfələrlə baxış keçirməsinə də diqqət çəkir:

“Heç onu da etmədilər”

“Evimizin yenidən tikilməsi barədə rəy vermək əvəzinə, bərpa-gücləndirmə təyin etdilər. Ancaq heç onu da etmədilər. Halbuki, rayonda evləri az zərər çəkən sakinlər 5-10 min manat rüşvət verib yenisini tikdirdilər. Prezidentə teleqram vurdum, nəticəsi bu oldu ki, gəlib evə təkrar baxış keçirdilər və çıxıb getdilər. Fövqəladə hallar naziri Kəmaləddin Heydərova da teleqram vurmuşam. İndiyədək cavab verilməyib. Dövlət büdcəsindən zəlzələ bölgəsinə dəfələrlə pul ayrılıb. Gec də olsa, gəlib evimizi düzəltsinlər”.

Buna da bax: Zəlzələdən zərər çəkənlər çadırda gecələyəcək

AzadlıqRadiosu-na deyildi ki...

Zaqatala RİH-dən AzadlıqRadiosu-na zəlzələdən zərərçəkənlərə hər cür dövlət yardımı olunduğu bildirilib. Bu da deyilir ki, “bəzi ailələr zəlzələdən əvvəl yararsız vəziyyətdə olmuş köhnə evlərini də icra hakimiyyətinə sökdürüb təzədən tikdirmək istəyirlər. O kənddə bütün evlərə baxış keçirilib, siyahıyalma gedib, təmirə ehtiyacı olan evlərə pul ödənilib, bərpa olunmalını bərpa ediblər. Həm də bu məsələ ilə biz məşğul olmuruq. Təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş evlərlə Fövqəladə Hallar Nazirliyi məşğul olur”.

Zəlzələ qurbanları prezidentə müraciət ediblər.

XS
SM
MD
LG