Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:13

Gül bayramının formatı dəyişib


"Ən bahalı gül bayramı bu il ola bilər"
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

"Ən bahalı gül bayramı bu il ola bilər"

-

Mayın 10-da Gül bayramı keçiriləcək. Amma Bakı Şəhər İcra Hakimiyyəti bayramın formatına dəyişiklik edib. Bu haqda icra hakimiyyətindən bildiriblər.

APA-nın xəbərinə görə, bu ildən başlayaraq Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri, gül əkmə mərasimi, iməciliklər təşkil olunacaq.

İcra hakimiyyətindən bildiriblər ki, mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı ictimaiyyətdə böyük maraq doğurur. Bununla bağlı şəhər icra hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. «İcra hakimiyyəti də ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib», - deyə açıqlamada qeyd edilir.

Hər il mayın 10-da mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı təşkil edilir. Bir həftə əvvəl Bakı Şəhər İcra Hakimiyyəti bayram hazırlıqlarına başlamışdı. Heydər Əliyev adına Sarayın qarşısındakı park güllərlə bəzədilmək üçün qapadılmışdı.

Dağlıq Qarabağdakı hərbi əməliyyatların, əsgərlərin həlak olması fonunda Gül bayramına hazırlıq sosial şəbəkələrdə narazılıqla qarşılanmışdı. Gül bayramı əleyhinə aksiyalara başlanmışdı. Ötən həftəsonu Gül bayramının ləğv olunduğu düşünülürdü.

Müxalifət partiyaları hesab edirlər ki, hər il Gül bayramı adı ilə ölkənin milyonlarla pulu xərclənir. Onların fikrincə, ölkənin indiki iqtisadi durumunda bu pullar daha səmərəli işlərə sərf oluna bilər.

XS
SM
MD
LG