Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

'Gürcüstan qazanır, Azərbaycan isə şansları itirir' [video]


Gürcülər toy-bayram edir. Azərbaycan o günü nə vaxt görəcək?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Gürcülər toy-bayram edir. Azərbaycan o günü nə vaxt görəcək? [A-Live]

Artıq qonşu Gürcüstan vətəndaşları Avropaya vizasız gedib-gələ biləcəklər. Bəs Azərbaycan vətəndaşları o günü nə vaxt görə biləcəklər?

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili Twitter-də yazıb ki, «Gürcüstan Avropa ailəsinə qayıdır».

Bəs Azərbaycan hansı ailənin üzvüdür?

Bu suallara cavab verməyə çalışacağıq. Hələlik vizasız rejimin Gürcüstanda necə qarşılanmasını izləyək.

Buna da bax:​ Bilet, sığorta və yaşayış yeri sənədi ilə Avropaya... [video]

Avropa Birliyi Assosiativ sazişi Azərbaycana da təklif etmişdi, amma Azərbaycan hökuməti bundan imtina etmişdi.

Hikmət Hacızadə
Hikmət Hacızadə

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə deyir ki, Azərbaycan ona görə bu sazişə qoşulmadı ki, Avropanın tələbləri Avropa dəyərləridir, indiki hökumət isə bunu istəmir:

“Azərbaycan Ərəb Əmirlikləri Birliyinə qatılacaq, ya da Afrika Birliyinə gedəcək. Bizim yolumuz başqadır. Biz Avropanı istəmirik. Çünki ordan demokratiya gəlir, çünki ordan ədalətli seçki tələbləri gəlir. Ordan "insan haqlarını pozmayın, jurnalistlərin gözünü çıxartmayın" tələbləri gəlir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə deyir ki, prezident İlham Əliyevin mövqeyi belədir ki, bu saziş daha çox göstərişlər sazişi idi. Onun sözlərinə görə, imtinanın ikinci səbəbi bu olub ki, sənəddə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının işğal edildiyi birmənalı şəkildə əksini tapmayıb.

Buna da bax:​ Gürcülər Avropaya vizasız gedə biləcək

Səməd Seyidov deyir ki, Azərbaycan Avropa Birliyi ilə ikitərəfli danışıqlar aparmaqda davam edir və ölkənin maraqları çərçivəsində razılaşmalar əldə etməyə çalışır.

Səməd Seyidov
Səməd Seyidov

“İndi diplomatik pasportlara viza lazım deyil. Biz çalışırıq ki, sıravi vətəndaşlar üçün də vizaların aradan götürülməsi və ya sadələşdirilməsi mexanizmi işə salınsın. Ancaq təbii ki, bu, Azərbaycanın milli maraqları çərçivəsində həyata keçirilməlidir. Ona görə də hesab etmirəm ki, Azərbaycan bu istiqamətdə nəsə uduzur”.

Səməd Seyidov deyir ki, Avropadan Azərbaycana gələnlərin sayı artır, Avropa Azərbaycan üçün maraqlı ölkədir, amma Azərbaycan başqa ölkələrlə, Şərq ölkələri ilə vizasız rejim tətbiq edir.

Bəs Azərbaycan vətəndaşların Avropaya vizası getməsi hansı müddətdə real ola bilər?

Buna da bax:​ Azərbaycanlılar da Avropaya vizasız gedə biləcəkmi?

Səməd Seyidov deyir ki, bu məsələdə top Azərbaycanın qapısında deyil, bu, onun fikrincə, Avropanın özü ilə bağlı problemdir. Səməd Seyidov düşünür ki, Avropada disinteqrasiya, işsizlik, miqrasiya və terrorizm kimi ciddi problemlər var.

“Avropa hansı səviyyədə, hansı mərhələdə Azərbaycandan olan vətəndaşları qəbul edəcək, təbii ki, bu siyasət haqda daha çox onlardan soruşulmalıdır. Ancaq ümumi baxanda Avropada islamofobiyanın geniş yayılması, Avropa Birliyi ilə Türkiyənin münasibətlərin kəskinləşməsi, Avropada irqçilik, terrorla bağlı məsələlər ona dəlalət edir ki, bu proses xeyli vaxt aparacaq”.

Biz Bakı sakinlərindən da soruşmuşuq ki, Gürcüstan hökuməti üzü Avropaya getdiyini deyir, bəs Azərbaycan hara gedir?

Gürcüstan Avropaya getdiyini deyir, bəs Azərbaycan hara gedir?
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

Azərbaycanın Hollandiyadakı keçmiş konsulu Nahid Cəfərli isə deyir ki, Azərbaycan bu prosesdə geri qalır və itirir. Gürcüstan Avropaya bütün mənalarda yaxınlaşır:

“Artıq Şengen ölkələrinin vətəndaşları Gürcüstana vizasız gələ bilərlər, bu da sözsüz ki, bütün Gürcüstan vətəndaşlarının Avropaya vizasız gedib gəlməyi deməkdir. Bu, Gürcüstanın iqtisadiyyatına müsbət təsir göstərəcək, çünki Gürcüstanın iqtisadiyyatı xaricdən gələn turistlərdən bəhrələnəcək. Azərbaycan bütün bu şansları itirir”.

Buna da bax:​ Azərbaycan vətəndaşının “viza azadlığı” nə qədərdir? (İnfoqrafika)

Nahid Cəfərli deyir ki, ümumilikdə Azərbaycan qonşusundan fərqli olaraq dünyaya açıq ölkə deyil. Hətta İran və Türkiyə vətəndaşları da Gürcüstana vizasız, Azərbaycana viza ilə gəlirlər.

Buna da bax:

Gürcüstanda toy-bayramdı
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

XS
SM
MD
LG