Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:18

'Gәncә mәhbusu' ölüm ayağındadır


2018-ci ildә baş vermiş Gәncә hadisәlәrinә görә hәbs olunmuş Aydın Qurbanov koma vәziyyәtindәdir. Bu barәdә AzadlıqRadiosuna mәhbusun yoldaşı Mәhbubә Məmmədova məlumat verib.

O, bu gün, iyulun 8-dә hәyat yoldaşına Penitensiar Xidmәtinin Müalicә Müәssisәsindә baş çәkdiyini deyir. 15 dәqiqә davam edən görüş zamanı Qurbanovun qan qusmağa başladığını vә koma vәziyyәtinә düşdüyünü bildirir.

Məhbubə Məmmədova həkimlərin ona Aydın Qurbanovun bir neçә gün ömrü qaldığını söylədiklərini deyir.

Aydın Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Hәbsdә olarkәn onkoloji xәstәlikdәn әziyyәt çәkdiyi aşkarlanıb.

Mәhbubә Məmmədovanın sözlәrinә görә, o hәyat yoldaşının vәziyyәtini gördükdən sonra istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayәtlәrә dair İşlәr üzrә İstintaq İdarәsinin rәis müavini Vüqar Nәsibovla görüşüb.

“Xahiş etdim ki, onun hüşsuz bәdәnini mәnә versinlәr, heç olmasa son nәfәsini evdә versin. Amma Vüqar Nәsibov yoldaşımı mәnә verә bilmәyəcəyini, mәhkәmәni gözlәmәli olduğumu dedi”.

İş vaxtı bitdiyinә görә, Әdliyyә Nazirliyinin Baş Tibb İdarәsi vә Baş Prokurorluğun Ağır Cinayәtlәrә dair İşlәr üzrә İstintaq İdarәsi ilә әlaqә saxlamaq mümkün olmayıb.

Xatırlatma

Rәsmi mәlumata görә, Yunis Səfərov adlı şəxs 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazova atəş açıb.

İyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş zamanı iki polis əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb. Hüquq-mühafizə orqanları baş verənləri radikal dini yönümlü şəxslərin törətiyi terror aktı olduğunu bildiriblər.

Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, ən az 5 nәfәr öldürülüb.

Gәncә hadisәlәrinә görә təqsirləndirilənlərin çoxu özünü günahkar saymayıb, onlar istintaq zamanı işgәncәlәrә mәruz qaldıqlarını bildiriblәr.

“Gəncə işi” üzrə dörd qrupun məhkəməsi başa çatıb, həmin şəxslər 5-9 il həbs cəzası alıblar. Yunis Səfərov daxil olmaqla iki qrupun məhkəməsi hələlik başlamayıb.

XS
SM
MD
LG