Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:03

Sabir Həsənli: 'Heydər məscidində biz vəhdət namazına nail olmuşuq'


Mərdəkanda 'Heydər cümə məscidi'ndə
Mərdəkanda 'Heydər cümə məscidi'ndə

Təhlilçi Paul Goble «Eurasia Review”» dərgisində yazır ki, şiələrin sayca üstün olduğu Azərbaycan guya sünni ölkəsinə çevrilməyə çalışır və rəsmi Bakı bilərəkdən buna çalışır.

Məqalə müəllifi söylədiklərinin iki səbəbdən mümkün olduğuna diqqət çəkir. Birincisi, Azərbaycanda sünnilərlə şiələrin say fərqi düşünüldüyü qədər böyük deyil, əhalinin təxminən 60 faizi şiə, 40 faizi sünnidir. İkincisi, müəllif sovet dövrünün ateist siyasətinin nəticəsi kimi, Azərbaycanda əhalinin çoxunun bu dini təriqətlər arasındakı fərqdən xəbərsiz olduğunu qeyd edir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, İslam Universitetinin rektoru, “Heydər” məscid kompleksinin rəhbəri Sabir Həsənli AzadlıqRadiosu-nun bu yöndə suallarını cavablandırıb.

Buna da bax: "Kimsə müsəlmanlar haqda qorxunc şeylər danışanda..."

Sabir Həsənli
Sabir Həsənli

– Sabir bəy, adətən, şiə ölkəsi kimi tanınan Azərbaycanda son illər təriqət baxımından hər hansı dəyişiklik baş verir?

– O rəqəm elə sovet dövründən səsləndirilir. Əhalinin təxminən 60 faizi şiə, 40 faizi sünnidir. Köhnə rəqəmdir bu, təzə deyil. İkincisi, Azərbaycan getdikcə sünniləşə bilməz. Hər kəs öz əqidəsindədir, hər kəs namazını qılır, orucunu tutur, ibadətində azaddır. Bu gün hansısa məzhəbin üstünlüyündən danışmaq da olmaz. Azərbaycanda iki sünni məzhəbi var. Bunlardan biri hənəfilər, biri də şafiilərdir. Şafiilər Azərbaycanın şimal-qərb rayonları olan Zaqatala və Balakəndədirlər. Bir də şiələrdir. Bakı və Bakı kəndlərinin, Naxçıvanın, Lənkəran bölgəsinin, ümumiyyətlə, orta qurşaqdan aşağı zonaların əksəriyyəti şiədir. Burda hər hansı həyəcana əsas yoxdur. Biz, əksinə, çalışırıq ki, həm şiə, həm də sünni eyni məsciddə namaz qılsın. Heydər məscidində biz buna – vəhdət namazına nail olmuşuq. Kaş Azərbaycanın bütün rayonlarında vəhdət namazı qılınaydı.

Buna da bax: Azərbaycan sünni ölkəsinəmi çevrilir?

– Azərbaycanda bu nə qədər realdır?

– Bugünkü Azərbaycan şəraitində İslamın vəhdətə dönüşü, ayrı-ayrı məzhəbə aid insanların bir məsciddə namaza durması, əslində, Azərbaycan örnəyidir. Bunu nə Səudiyyə Ərəbistanında, nə İraqda, nə Küveytdə, nə başqa bir ərəb ölkəsində, nə də qonşu ölkələrdə, ümumilikdə heç bir müsəlman ölkəsində görmək mümkündür. Bütün bunlar təəssüfdoğuran haldır. İslamın parçalanması üçün üçüncülərə əsas verirlər. Azərbaycan bu sahədə çox ölkələrə nümunə ola bilər. Və nümunədir də. Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilməlidir. İştirakçılar “Heydər” məscidində olacaqlar, kollektiv şəkildə vəhdət namazı qılacaqlar. Məqsəd - Azərbaycan nümunəsini ortaya qoymaqdır. Digər tərəfdən bu il ölkəmizdə İslam həmrəyliyi ili elan olunub. Bu dönüş nümunəsidir. Amma bu dönüş də bir günə - xüsusi sərəncam və ya fərmanla baş vermir. Bu şüurda getməlidir. Azərbaycanda buna təməl var. Burada nə erməni, nə də rus əleyhinə üsyan olub. Yəhudilər də, xristianlar da, başqa dinə mənsub olanlar da burada rahat yaşayıblar. Qayıdıram əvvələ, “Azərbaycanda sünniləşmə gedir” fikrinin əsası yoxdur.

– Amma son illər radikallığı ilə seçilən vəhabi və ya sələfilərin sayca artımından çox danışılır...

Sabir Həsənli: 'Əhalinin təxminən 60 faizi şiə, 40 faizi də sünnidir'
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00
Direct-ə keçid

– Sizə bir söz deyim, 1990-cı illərdəki vəhabilər indiki kimi deyil. Düzdür, 1990-cı illərdə ora-bura getmək, İŞİD-ə-filana qoşulmaq yox idi. Azərbaycandan kim ora gedibsə, orda vuruşanlara qoşulubsa, peşmandırlar, ordakı da bədbəxt olub, burdakı ailəsi də. Türkiyədə son zamanlar tutulanların arasında 2-3 nəfər azərbaycanlı da var. Gedir ya PKK-ya, ya PYD-yə, ya İŞİD-ə qoşulurlar. Ağlı var getməsin. Əlbəttə, ağlı olan gedər Mübariz kimi, heç olmasa, iki işğalçını öldürər, bu da Xocalida verdiyimiz qurbanların yüzdə birinin əvəzi olar. Kimlərsə burda beynini “yedirdibsə”, ya pula görə, ya da mənəviyyatı sarsıdılmış vəziyyətdə gedirsə, qoy getsin. Bəziləri xanımı ilə gedir. Özü şəhid olur, xanımı da qalır İŞİD-ə xidmət etməyə. Yəni yaraşarmı? İslamda belə şey varmı?

Buna da bax:​ Məhkəmə hicaba görə işdən çıxarılan həbsxana işçisini dəstəkləmədi

– Sabir bəy, o insanları bu cür radikal addımlar atmağa, evlərini, ölkələrini ataraq müharibəyə - ölümə yollanmağa nə vadar edir, sizcə? Bəlkə mənəvi, bəlkə maddi problemlər?

– Ola da bilər. Maddi problem deyəndə, burda iş tapıb işləsin də. O maddiyyatı bura gətirə bilirmi? Ya xanımı geri dönə bilirmi? Uşağı ilə gedənlər var. Qayıda bilirlərmi? Peyğəmbərimizin çox gözəl kəlamı var ki, bir işə başlamazdan əvvəl aqibətini düşün. Gedənlər aqibəti düşünsələr, bəlkə də getməzlər.

– Bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunub. Ancaq ölkədə İslam həmrəyliyinin olmadığını, inanclı insanlara qarşı ayr-seçkilik olduğunu düşünənlər var. Bu yaxınlarda Taleh Bağırov və daha bir neçə nəfər uzun müddətə azadlıqdan məhrum ediliblər. Onlar polisdə işgəncələrə məruz qaldıqlarını bildirir, vəkillərsə onlara verilən ittihamların sübuta yetirilmədiyini. Bu proseslə maraqlanmısınız?

– İstər dindar ol, istər ateist, sən bu vətənin övladısansa, ona xidmət etməlisən. Kənardan sənin qulağına çox şey pıçıldaya bilərlər. Buna getməməlisən. Ağlınla qərar verməlisən, ailənin, nəslinin, soyadının burda uzun illər təməli var, o təməllərə hörmət etməlisən. Mən, açığı, ad çəkmək istəmirəm, əvvəldən də bu işlərə qarışmamışam. Amma deməliyəm ki, Azərbaycana yad təsirlər var, güclü təsirlər edə bilirlər. Məsələn, İŞİD-in bayrağı ilə mitinqlərə çıxmışdılar. Yaraşarmı? Yaxud başqa ölkənin şüarları ilə meydana çıxırlar. Azərbaycanda kimsə üsyan etməklə nəsə qazana bilər? Mümkün deyil. Bunun məsələsi dini məsələdirsə, müraciət edəydi şeyxə, Qafqaz Müsəlmanları İdarəsinə və ya Qazilər Şurasına. Əgər bunun məsələsi dini məsələdirsə, biz dəstək verməyə hazırıq. Amma məsələ siyasi məsələ olduğundan, bu işə qarışa bilmir, kənarda qalırıq. Çünki siyasi məsələ gedib dövlətçilik əleyhinə, onu sarsıtmağa, başqa dövlət nümunələrinin burda tətbiqinə çıxır. Bu da yolverilməzdir.

XS
SM
MD
LG