Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:04

Leyla Yunus: 'CNN-də Azərbaycanın reklamlarına inanmayın'


Leyla və Arif Yunuslar (Arxiv)
Leyla və Arif Yunuslar (Arxiv)

Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı dünən, dekabrın 9-da Amnesty İnternational təşkilatının dəstəyi ilə Hollandiyanın Leiden şəhərində tədbir keçirilib.

Tədbir dünyada qanunsuz həbs edilənlərə dəstək olaraq imza toplamaq məqsədi daşıyıb.

Mərasimə Sülh və Demokratiya İnstitutunun rəhbəri, keçmiş məhbus Leyla Yunus, tarixçi Arif Yunus və Avropada mühacir həyatı yaşayan başqa fəallar da qatılıb.

Leyla Yunus Azərbaycanda insan hüquqlarının durumundan, siyasi məhbus sayılan şəxslərin vəziyyətindən narahatlığını ifadə edib.

O deyib ki, artıq 15 ildir Amnesty İnternational təşkilatı belə tədbir keçirir:

“Mən həbsdə olanda da bu cür məktublar gəlirdi. O məktubların biri xatirimdə iz buraxdı. Bu, ikinci dünya müharibəsində iştirak etmiş bir əsgərin məktubu idi. 10 milyon Azərbaycanda 150-dən çox siyasi məhbus, Belarusda 7 nəfər, 140 milyon Rusiyada 200-ə yaxın siyasi məhbus var. Bəli, Azərbaycan insan haqlarının pozulmasında liderdir. Siz CNN-də Azərbaycanın reklamlarına inanmayın, məsələ burasındadır ki, görünənlər üzdə olanlarıdır. Siyasi məhbuslara dəstək lazımdır. Siz Avropa Parlamentində və Avropa Şurasında olan deputatlardan Azərbaycanda vəziyyəti diqqətdə saxlamağı xahiş edin. O cümlədən, siz ölkənizin rəhbərindən İlham Əliyevə məktub yazmağı xahiş edin ki, Azərbaycanda siyasi məhbusları azad etsin”.

Sonra Arif Yunus özünün və həyat yoldaşı Leyla Yunusun həbsindən bəhs edib.

Buna da bax: Mühacirlər yaxınlarının təqib olunduğunu deyirlər

Tədbirin sonunda suallar əsasında diskussiya keçirilib.

Bu gün, dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları günüdür.

1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisi “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edib. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur.

Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, ölkədə hazırda 150 civarında siyası məhbus var. Onların 10-dan çoxu jurnalist və bloqqerdir.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar. Onlar vergidən yayınma və başqa iqtisadi cinayətlərdə ittiham ediliblər. Yunuslar ittihamları qəbul etməyiblər.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi L.Yunusu 8 il 6 ay, A.Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.

Buna da bax: Polisin hüquqları artırılır və mətbuata yeni cəzalar gəlir

2015-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, şərti cəza ilə onları həbsdən buraxıb. Ötən il aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib. Bundan sonra L.Yunus Azərbaycanda həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırovun, bəzi başqa dindarların və siyasətçilərin beynəlxalq müdafiəsində yaxından iştirak etməyə başlayıb.

Ötən ilin dekabrında isə Ali Məhkəmə şərti cəzayla bağlı qərarı ləğv edib və işi yenidənBakı Apellyasiya Məhkəməsinə göndərib.

Bu ilin mayında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarılıb.

XS
SM
MD
LG